Unibank: müştərilərimizin təhlükəsizliyi əsas prioritetimizdir
(®) Unibank KB müştərilərinin vəsaitlərinin və məlumatlarının qorunmasını əsas məsuliyyəti hesab edir. Son dövrlərdə dələduzluq sxemlərinin müxtəlif formalarla artması fonunda Bank genişmiqyaslı təhlükəsizlik tədbirləri və maarifləndirici kampaniyalar həyata keçirir. Məqsəd - həm fırıldaqçılıq cəhdlərini qabaqlamaq, həm də müştərilərin riskləri vaxtında tanımasına kömək etməkdir.
Bankın gördüyü əsas təhlükəsizlik tədbirləri:
- 24/7 Fraud Monitoring (fırıldaqçılıq monitorinqi): Tranzaksiyaları avtomatik analiz edən sistemlər şübhəli əməliyyatları dərhal bloklayır və əməliyyat sahiblərinə xəbərdarlıq göndərir, müştərilərə şübhəli əməliyyatı dəqiqləşdirmək üçün zəng edilir.
- Analitika komandası: Rəqəmsal dələduzluq hallarının qarşısının alınması məqsədilə komanda mütəmadi olaraq yeni fraud ssenarilərini təhlil edir, yaranmış halları analiz edərək uyğun həll yolları hazırlayır. Mövcud risklərə uyğun olaraq effektiv qabaqlayıcı həll yolları formalaşdırılır.
- 3D Secure və tokenizasiya: Onlayn ödənişlərdə əlavə təsdiq (3D Secure) və kart məlumatlarının təhlükəsiz saxlanması üçün tokenləşdirmə texnologiyası tətbiq olunur.
- Mobil tətbiqdə ödəniş nəzarəti: Müştəriyə kartı bir toxunuşla bloklama/aktivləşdirmə, gündəlik limitlərin təyini və əməliyyat bildirişləri funksiyaları təqdim edilir.
- Biometrik və çoxfaktorlu autentifikasiya: Hesab girişləri və kritik əməliyyatlar üçün təhlükəsizlik qatları davamlı gücləndirilir.
- İstənilən şübhəli halların operativ araşdırılması: Bankın təhlükəsizlik komandası və müştəri xidmətləri şübhəli əməliyyatları dərhal araşdırır və müvafiq prosedurlarını tətbiq edir.
- Rəsmi, doğrulanmış kanallar: Unibank yalnız mavi nişanlı rəsmi sosial səhifələr vasitəsilə elanlar edir; bank tərəfindən göndərilən rəsmi bildirişlər həmişə identifikasiyalı kanallardan gəlir.
Müştərilər üçün praktik tövsiyələr:
- Məlumatlarını heç kəslə paylaşma! Kart nömrəsi, CVV və mobilə gələn 3D Secure kodunu heç kimə vermə.
- SMS-dəki 3D Secure mətnini yoxla: Kod gələn SMS-də ticarət məntəqəsinin adı və məbləğ sənin ödəmənlə üst-üstə düşməlidir.
- Pul köçürmə təkliflərinə diqqət et: Kartdakı vəsaitləri digər hesaba köçürməyi təklif edən şəxslərə mütləq imtina et.
- Rəsmi səhifələri izlə: Sosial mediada yalnız “Unibank”ın mavi nişanlı səhifələrini izlə və şübhəli mesajları yoxla.
- Şübhəli kredit, kart, uduşlu kampaniyalara inanma: Sosial şəbəkələrdən gələn “xüsusi təklif” və ya “sənə aid hesab” tipli mesajlara daxil olma.
- Bank adından zəng etsələr belə məlumat vermə: Bank əməkdaşı heç vaxt kartın tam nömrəsi, CVV və ya SMS-kod istəmir.
Əgər şübhəli əməliyyat görsəniz - nə etməli?
Dərhal Unibank mobil tətbiqindən kartınızı bloklayın və ya 117 Müştəri xidməti ilə əlaqə saxlayın, bankın rəsmi sosial şəbəkələri üzərindən müraciət edin.
Təhlükəsizlik həm bankın, həm də hər bir müştərinin birgə məsuliyyətidir. Birlikdə güclüyük!
Unibank – Sənin Bankın!
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
6 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
20 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 43 d. əvvəl
- 46 d. əvvəl
-
47 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib





















