Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi bu gün toplanacaq. Sentyabr ayında Mərkəzi Bank pul siyasəti faizini 43%-dən 40,5%-ə endirmişdi və gözləntilərə görə, oktyabr iclasında əlavə 1.00 faiz bəndi endirim ediləcək.
Marja xəbər verir ki, TCMB Pul Siyasəti Komitəsi bu gün ilin yeddinci faiz qərarını açıqlayacaq. Qərar Bakı vaxtı ilə saat 15:00-da elan ediləcək. Sentyabr ayında keçirilən iclasda bir həftəlik repo hərracı üzrə faiz 2,50 faiz bəndi azaldılaraq 43%-dən 40,5%-ə endirilmişdi.
İqtisadçıların oktyabr ayı üçün proqnozları faiz endirimlərinin davam edəcəyi yönündədir. Sorğuya qatılan iqtisadçıların orta proqnozu siyasət faizinin 1.00 faiz bəndi endirilib 39,5%-ə çəkiləcəyi yönündə formalaşıb.
Gözləntilər 39% ilə 40,5% arasında dəyişir. İl sonu siyasət faizi proqnozu isə 37,5% səviyyəsindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























