Bakı Fond Birjası Dünya Birjalar Federasiyasının tamhüquqlu üzvü olub
Bakı Fond Birjası rəsmi olaraq Dünya Birjalar Federasiyasının (WFE) tamhüquqlu üzvü statusunu qazanıb.
Bu barədə açıqlama 21–23 oktyabr 2025-ci il tarixlərində İstanbul şəhərində keçirilən WFE-nin 64-cü Baş Assambleyası və İllik Yığıncağı çərçivəsində verilib. Tədbirdə Bakı Fond Birjası dünya üzrə aparıcı birjalar, klirinq mərkəzləri və tənzimləyici qurumlarla birlikdə iştirak edib.
WFE-yə tamhüquqlu üzv olmaq Bakı Fond Birjası üçün şəffaflıq və qlobal inteqrasiya istiqamətində atdığı mühüm bir addımdır.
WFE-nin assosiasiya (affiliate) üzvü olan Bakı Fond Birjası bir müddət öncə tamhüquqlu üzvlük prosesinə start vermişdi. WFE-nin tələblərinə cavab vermək üçün BFB ticarət infrastrukturu, bazar nəzarəti və idarəetmə mexanizmlərinin ən yaxşı beynəlxalq təcrübələrə uyğunlaşdırılması istiqamətində genişmiqyaslı daxili qiymətləndirmə işlərini aparıb.
Daha sonra WFE tərəfindən çoxmərhələli qiymətləndirmə prosesi həyata keçirilib və bu proses zamanı BFB-nin sistemləri və əməliyyat fəaliyyəti dəyərləndirilib. Bu müddət ərzində BFB WFE-nin İnkişaf və Texniki Baxış (Development & Technical Review) komitəsi ilə aktiv şəkildə əməkdaşlıq edib, bazar transformasiyası strategiyasını, məlumat infrastruktur layihələrini və KASE Data Hub tərəfdaşlığı, eləcə də Data Warehouse layihəsi kimi regional təşəbbüslərini təqdim edib.
Bu geniş fəaliyyət və şəffaf əməkdaşlıq nəticəsində WFE üzvlərinin Baş Assambleyası Bakı Fond Birjasının tamhüquqlu üzvlüyünü təsdiqləyib.
Tədbir zamanı Bakı Fond Birjasının İdarə heyətinin sədri Ruslan Xəlilov çıxış edərək bildirib:
“Dünya Birjalar Federasiyasına tamhüquqlu üzv olmaq təkcə nailiyyətimizin tanınması deyil, həm də yeni innovasiyalar və əməkdaşlıqlara açıq olmaq deməkdir. Azərbaycanı qlobal birja icmasında təmsil etməkdən və bazarımızın standartlarını daha da yüksəltməkdən qürur duyuruq.”
WFE-yə tamhüquqlu üzvlük Bakı Fond Birjasına bir sıra strateji üstünlüklər qazandırır:
Bazar fəaliyyəti və idarəetmədə beynəlxalq standart və ən yaxşı təcrübələrə çıxış
Davamlı maliyyə, rəqəmsallaşma və bazar dayanıqlığı üzrə qlobal dialoqlarda iştirak
Qlobal investorlar və maliyyə institutları arasında artan tanınma və etibarlılıq
Aparıcı birjalarla bilik və təcrübə mübadiləsi imkanları
Qlobal tendensiyalara uyğun yeni maliyyə alətləri və məhsulların tətbiqi potensialı
İnvestor inamının güclənməsi və beynəlxalq bazar şəbəkələrinə inteqrasiya.
Dünya Birjalar Federasiyası (WFE) birjalar və klirinq mərkəzlərini təmsil edən qlobal assosiasiyasıdır. Federasiya 250-dən çox bazar infrastrukturu təminatçısını, yəni dünyanın aparıcı fond, fyuçers və əmtəə birjalarını birləşdirir və ədalətli, şəffaf və səmərəli bazarların təşviqinə yönəlmiş fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
3 d. əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
37 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 9 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ






















