Milyarder Cef Bezosdan 2045 proqnozu
Milyonlarla insan kosmosda yaşayacaq, çirkli işləri robotlar görəcək. Bezos "Daha xoşbəxt, daha varlı olacağıq və daha az işləyəcəyik”deyib.
Amazon və Blue Origin şirkətlərinin qurucusu Jeff Bezos-a (Cef Bezos)görə, insanlıq qarşıdakı 20 ildə “sivilizasiya bolluğu” dövrünə qədəm qoyacaq. Bezos hesab edir ki, 2045-ci ilə qədər milyonlarla insan kosmosda yaşayacaq, fiziki və təhlükəli işləri isə robotlar həyata keçirəcək.
“Süni intellekt fəlakət deyil, rifah gətirəcək”
İtaliyada keçirilən "Italian Tech Week 2025" tədbirində çıxış edən Bezos bildirib:
“Süni intellekt insanlıq üçün fəlakət deyil, rifahın açarı olacaq. Qarşıdakı 20 il bəşəriyyətin qızıl dövrü olacaq. Daha xoşbəxt, daha varlı olacağıq və daha az işləyəcəyik.”
“Sivilizasiya bolluğu” dövrü başlayacaq
Bezos-un fikrincə, texnoloji tərəqqi insanlığı “sivilizasiya bolluğu” adlanan yeni mərhələyə aparacaq. O deyib:
“2045-ə qədər milyonlarla insan kosmosda yaşayacaq. Ay səthində və ya digər planetlərdə görüləcək işlər insanlara deyil, robotlara həvalə ediləcək. Bu həm daha təhlükəsiz, həm də daha iqtisadi olacaq.”
Süni intellektə “əkinçilik aləti” bənzətməsi
Bezos, süni intellektlə bağlı mənfi fikirlərə qatılmadığını da vurğulayıb:
“Tarix boyu hər yeni ixtira insanlığı daha da irəli aparıb. 10 min il əvvəl şum alətini ixtira edən insan necə tərəqqi etmişdisə, bu günün texnoloji kəşfləri də eyni nəticəni verəcək.”
Milyarderlərin fərqli baxışları
Bezos-un optimist yanaşması, texnologiya dünyasında müxtəlif fikirlərin səsləndiyi bir dövrə təsadüf edir. Elon Musk (SpaceX) 2028-də insanların Marsa ayaq basacağını proqnozlaşdırarkən, OpenAI-ın rəhbəri Sam Altman gələcəkdə “kosmosda işləməyin ən nüfuzlu peşə” olacağını deyib.
Digər tərəfdən, Bill Gates bu yanaşmalara ehtiyatla yanaşır:
“Kosmosu çirkləndirməmişdən öncə bu planetimizi düzəltməyə diqqət yetirməliyik,” – deyə o, milyarderlərin kosmos yarışını tənqid edib.
“Gələcək düşündüyümüzdən çox daha parlaqdır”
Bezos çıxışının sonunda ümid dolu mesaj verib:
“Hazırda yaşayan heç kim ümidsiz olmamalıdır. Gələcək, düşündüyümüzdən daha parlaq olacaq.”
Qeyd edək ki, Jeff Bezos-un sahibi olduğu Blue Origin 3 mülki şəxslər üçün kosmos səyahəti həyata keçirmişdir. Bezos, şirkətinin raketlərinin etibarlılığını nümayiş etdirmək üçün toyundan öncə həyat yoldaşı Lauren Sánchez və müğənni Katy Perry-ni də kosmosa göndərmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
7 saat əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Avtomobil lizinqi şirkəti illik 16.5%-lə borc alır

Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək

Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028

Vəfat edən müştərinin 97 minlik ipoteka krediti ödənildi

İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Ən çox oxunanlar

Məcburi eniş edən AZAL təyyarəsi texniki baxışdan tam keçib və saz vəziyyətdə olub? - AZAL-DAN AÇIQLAMA

Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
