Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İnşaat materialları istehsalçısının gəliri artıb, amma mənfəəti azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnşaat materialları istehsalçısının gəliri artıb, amma mənfəəti azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İnşaat materiallarının istehsal ilə məşğul olan "NB HOLDİNQ" ASC 2024-cü ili 1 milyon 906 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 6 milyon 423 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "NB HOLDİNQ"in xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 3,4 dəfə və ya 4 milyon 517 min manat azalıb.

Marja.az xəbər verir ki, Şirkətin əsas əməliyyat gəliri 2023-cü ildə 72 milyon 199 min manat ikən, 2024-cü ildə 75 milyon 675 min manat təşkil edib (3 milyon 477 min manat və ya 4,8% artıb).

Reklam_3_11

Gəlirin artmasına baxmayaraq satılmış məhsulların maya dəyəri, inzibati və kommersiya xərcləri artdığı üçün xalis mənfəət azalıb. 

31 dekabr 2024-cü il tarixində "NB HOLDİNQ" ASC 132 milyon 612 min manat cəmi aktivlərə malik olub (2023-cü ilin sonunda 145 milyon 525 min manat)

"Cəmiyyətin əsas fəaliyyətindən gəliri 31 dekabr 2024-cü iltarixdə bitən il üzrə 75675335.32 manat, xərclər isə 73101789.84 manat olmuşdur. 31 dekabr 2024-cü il tarixə ümumi mənfəət 2573545.48 manat olmuşdur. Cəmiyyət 2024-cü ili 1906394.87 manat xalis mənfəətlə başa vurmuşdur", - Şirkətin hesabatında bildirilir.

Qeyd edək ki, “NB Qrup” ASC ("NB HOLDİNQ" ASC) Azərbaycan kimya sənayesi sahəsində fəaliyyət göstərir. Şirkət inşaat malları kateqoriyasından boya məhsulları, sement və gips əsaslı inşaat qarışıqlarının, alkid, polimer kimi sənaye əhəmiyyətli yarım məhsulların, kimyəvi məişət məhsulları seriyasından isə qatı və maye sabun, təmizləyici vasitələr, plastik və metal qabların istehsalını həyata keçirir. 

İş elanları AzVak.az-da

NB Holdinq NB Qrup 2024 maliyyə hesabatı xalis mənfəət mənfəət azalması əsas əməliyyat gəliri gəlir artımı xərclər maya dəyəri inzibati xərclər kommersiya xərcləri aktivlər inşaat materialları kimya sənayesi boya məhsulları sement qarışıqları gips əsaslı qarışıqlar alkid polimer sənaye yarım məhsulları kimyəvi məişət məhsulları sabun təmizləyici vasitələr plastik qablar metal qablar maliyyə nəticələri
16.10.2025 15:24

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18