Qeyri-neft-qaz sektorundan vergi və sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard manatdan çox artıb
2025-ci ilin yanvar - sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 12 milyard 455,8 milyon manat vergi daxil olub, proqnoza 105,2 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 425,3 milyon manat və ya 3,5 faiz artıb.
Marja.az Dövlət Vergi Xidmətinin məlumatına istinadən xəbər verir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 9 milyard 173,2 milyon manat olub, proqnoz 103 faiz icra edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 755,7 milyon manat və ya 9 faiz artıb. Ödənilən vergilərin 73,6 faizi qeyri-neft-qaz sektorunun, 26,4 faizi isə neft-qaz sektorunun payına düşüb.
2025-ci ilin yanvar – sentyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 661,4 milyon manat təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz və ya 500,1 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,0 faiz artaraq 3 milyard 113,2 milyon manat olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artıb və 164,9 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,2 faiz artaraq 126,1 milyon manat olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 10,3 faiz artıb və 814,3 milyon manatdan çox təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,9 faiz artaraq 576,8 milyon manat olub.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
14 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
20 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı























