Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

8245 vətəndaş dövlətin kirayə mexanizmilə mənzil sahibi olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
8245 vətəndaş dövlətin kirayə mexanizmilə mənzil sahibi olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.

Fondun yaydığı məlumatda bildirilir ki, 2025-ci il oktyabrın 1-nə olan məlumata görə, bu mexanizm vasitəsilə 8245 vətəndaş və ya ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, bunların da 1988-i cari ilin yanvar-sentyabr aylarında bağlanmış müqavilələrin payına düşür. Satmaq öhdəliyi ilə kirayə yolu ilə mənzil sahibi olan vətəndaşların 58 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Reklam_3_11

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib. Onlardan 8-i Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 3-ü isə Sumqayıt şəhərində yerləşir.

Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir edilib, isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, eyni zamanda həmin mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

İş elanları AzVak.az-da

ipoteka kirayə mexanizmi satmaq öhdəliyi ilə kirayə mənzil şəraitinin yaxşılaşdırılması vətəndaşlar gənclər gənc ailələr Bakı Abşeron Sumqayıt yaşayış kompleksi infrastruktur məktəb bağça səhiyyə ocaqları yeni mənzillər müasir tikinti materialları təmirli mənzillər isitmə sistemi kombi su qaz elektrik sayğacları mülkiyyət hüquqları dövlət qeydiyyatı mənzil təminatı sosial layihə mənzil siyasəti 2025 oktyabr
09.10.2025 09:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
AzVak-da yeni vakansiyalar
AzVak-da yeni vakansiyalar
09.10.2025 17:14
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18