Tarixi hərracdan sonra - "ABB-İnvest"in rəsmisi AYİB istiqrazlarının əhəmiyyətindən danışdı
Anderrayteri "ABB-İnvest" də olan AYİB istiqrazlarının satışı üzrə hərrac uğurla yekunlaşıb.1 oktyabr 2025-ci il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) manatda denominasiya edilmiş ilk istiqrazının yerləşdirilməsi üzrə Bakı Fond Birjasında keçirilmiş hərrac başa çatdı. Hərracda 12 investor ümumi məbləği 55 milyon 200 min manat həcmində sifariş təqdim etdi və təklif olunan istiqrazların bütün həcmi tam olaraq yerləşdirildi. Nəticə etibarı ilə AYİB istiqrazlarına olan tələb təklifi 10% faiz üstələdi.
Bu istiqrazların yerləşdirilməsinin Azərbaycan bazarında xüsusi hadisə olduğunu nəzərə alaraq, buraxılışın anderrayteri olan "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-nin (ABB-İnvest) Müştəri xidmətləri şöbəsinin müdiri Aqşin Əzizovdan müsahibə aldıq.
- Aqşin bəy, AYİB istiqrazlarının yerləşdirilməsi ölkəmizin kapital bazarında nə ilə yadda qalacaq?
- AYİB istiqrazlarının buraxılışı və yerləşdirilməsi həqiqətən də Azərbaycanın qiymətli kağızlar bazarı tarixində ən az 2 səbəbə görə yadda qalan hadisə oldu. Birinci səbəb istiqrazların emitentinin AYİB olmasıdır. Bildiyiniz kimi, AYİB müxtəlif ölkələrdə iqtisadi inkişafa yönəlmiş investisiya layihələrini həyata keçirən bir beynəlxalq maliyyə institutudur və bu cür mühüm bir təşkilatın Azərbaycan kapital bazarından milli valyutamızda istiqraz buraxaraq maliyyələşməsi yerli bazar üçün tarixi hadisə hesab etmək olar. Digər bir səbəb isə, AYİB-in bazarımıza tamamilə yeni bir investisiya aləti təqdim etməsidir. AYİB istiqrazları dəyişən faiz dərəcəsi ilə təqdim edildi və bu bazarımızda ilk dəyişən faizlə buraxılmış istiqraz kimi yadda qalacaq.
- Biz istiqrazlardan danışanda adətən onları sabit gəlirli investisiya aləti kimi təqdim edirik, lakin siz AYİB istiqrazlarının dəyişən faizli istiqraz olduğunu bildirdiz. Dəyişən faiz dedikdə nəyi nəzərdə tutursuz?
- Sizinlə razıyam, Azərbaycanda indiyədək buraxılmış istiqrazlar sabit faiz dərəcəsi ilə buraxılmış istiqrazlar olmuşdur. Yəni istiqraz üzrə faiz dərəcəsi yerləşdirilən tarixdən istiqrazın tədavül müddəti bitənədək eyni olaraq qalmalıdır. Lakin, bu cür istiqrazları əldə edən investorlar emitentin kredit riskini (yəni emitentin istiqraz üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etməmə riski) daşımaqla yanaşı, faiz dərəcələrinin dəyişkənliyi riskini, digər sözlə bazar riskini götürmüş olurdular. Qeyd olunan risklərdən heç biri AYİB istiqrazlarında mövcud deyil. AYİB-in beynəlxalq maliyyə institutu statusu və onun səhmdarlarının müxtəlif dövlətlərin olması AYİB-in mümkün olan ən yüksək kredit reytinqinin əsaslandırmasını təşkil edən faktorlardır. AYİB istiqrazlarının faiz dərəcəsinin AZIR-ə (Azerbaijan Interbank Rate) bağlı olması isə faiz dərəcələrinin artması və ya azalmasının istiqrazların bazar qiymətinə təsirini demək olar ki, sıfıra endirməsinə şərait yaradır.
- O zaman, deyə bilərik ki, AYİB istiqrazlarını əldə etmiş investor istiqrazlara xas olan kredit riski və bazar riski daşımır?
- Bəli, tamamilə doğrudur və bu cür risksiz istiqrazın milli valyutada buraxılması əlavə sevindirici bir xəbərdir.
- ABB-İnvestin növbəti planları nələrdir?
- Bu emissiya ilə Azərbaycan bazarı yeni mərhələyə qədəm qoydu. Biz isə bu yolda davam edəcəyik. Məqsədimiz bazara yeni növ maliyyə alətləri gətirmək və onu daha rəngarəng, daha rəqabətədavamlı etməkdir. Söhbət yalnız maliyyələşmə vasitələrindən yox, həm də ölkənin maliyyə dayanıqlığının gücləndirilməsindən gedir.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
2 d. əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
35 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 9 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ























