Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
29 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Avropa Yenidənqurma və İnkişaf Bankı”-nın dəyişən faizli (floating rate) istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. Qeyd olunan AZ2001028169 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 01.10.2025-ci il tarixində yekunlaşıb.
Marja.az xəbər verir ki, istiqrazlara 12 investor 55,2 milyon manatlıq 12 sifariş təqdim edib. İstiqrazlar tam məbləğdə yerləşdirilib.
Qaydalara görə, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar və beynəlxalq inkişaf bankları tərəfindən buraxılan istiqrazlar əsas listinq seqmentinə daxil edilir. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar və beynəlxalq inkişaf bankları tərəfindən buraxılmış istiqrazlar üzrə Listinq Komitəsi tərəfindən istisnalar edilə bilər. Bunu nəzərə alaraq kağızlar Əsas Bazar Listinq Seqmentinə daxil edilir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Avropa Yenidənqurma və İnkişaf Bankı”
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2001028169
İstiqrazların növü və forması: İstiqrazlar dəyişən faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi / Birqəymətli hərrac
İstiqrazların sayı: 500 ədəd
İlkin ticarət qiyməti: 100 000 manat
İstiqrazların buraxılış həcmi: 50 000 000 manat
Period üçün gəlirlilik faizi: banklar arası kredit bazarında müəyyən edilən faiz dərəcəsinə (AZIR – Azerbaijan Interbank Rate) əsasən
Ödəmə Periodu: Faiz ödənişləri göstərilmiş faiz ödəniş tarixlərində rüblük olaraq (1 yanvar 2026; 1 aprel 2026; 1 iyul 2026 və 1 oktyabr 2026) həyata keçirilirəcək
Tədavül müddəti: 1 il
Hərrac qiyməti*: 100 000 manat
Reallaşdırılmış həcm: 50 000 000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 55 200 000 manat
İnvestor sayı: 12
Sifariş sayı: 12
Anderrayter: “ABB-İnvest İ.Ş.” QSC; “Unicapital İ.Ş.” ASC
Hər gün yeni vakansiyalar - AzVak.az-da
XXX
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, Azərbaycanın kapital bazarı tarixində növbəti əlamətdar hadisə baş verib:
"Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kütləvi təklif üsulu ilə Azərbaycan manatında daxili bazarda ilk dəfə istiqraz yerləşdirib. Yerli kapital bazarında buraxılan ilk dəyişkən faizli bu istiqrazların kupon faiz dərəcəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının AZİR indeksi (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) əsasında müəyyən edilir. AZİR indeksinin etibarlı istinad faizi kimi istiqraz buraxılışında istifadəsi gələcəkdə daha mürəkkəb maliyyə alətlərinin tətbiqi üçün mühüm zəmin yaradacaqdır.
Ümumi məbləği 50 milyon manat və tədavül müddəti 1 il olan istiqrazların yerləşdirməsi bu gün baş tutub. Yerləşdirmə zamanı 12 investor tərəfindən təqdim edilmiş müştəri sifarişlərinin ümumi həcmi 55,2 milyon manat təşkil etməklə ümumi yerləşdirmə məbləğini üstələyib.
Bu istiqraz buraxılışı Azərbaycanın kapital bazarında maliyyə alətlərinin diversifikasiyasına, investorların bazara etimadının güclənməsinə, yerli bazardan maliyyələşmə təşəbbüslərinin artmasına, ölkəmizin maliyyə bazarlarının dərinləşməsinə və ümumilikdə kapital bazarının inkişafına mühüm töhfə verəcəkdir. Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafı istiqamətində atılan strateji addımlar bundan sonra da nüfuzlu beynəlxalq təşkilatları və digər emitentləri cəlb etməklə Azərbaycan iqtisadiyyatının maliyyələşdirilməsinə və dayanıqlı iqtisadi artıma dəstək göstərəcəkdir".
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
3 d. əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
37 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 9 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ





















