Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayterlərindən biridir
(®) Azərbaycan kapital bazarında hər zaman yenilikçi təşəbbüsləri ilə seçilən “Unicapital İnvestisiya Şirkəti” ASC bu dəfə də mühüm bir layihədə aparıcı tərəfdaş qismində çıxış edir. Belə ki, şirkət Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB/EBRD) istiqraz buraxılışının anderrayterlərindən biri olub.
Buraxılışın əsas yeniliyi – faiz gəlirlərinin üzən mexanizm əsasında hesablanmasıdır. Bu, investorlar üçün bazar şərtlərinə uyğun gəlirlilik imkanı yaradır və portfelin bazar dəyişikliklərinə çevik reaksiya verməsini təmin edir.
Azərbaycan kapital bazarında ilk dəfə buraxılacaq üzən faizli istiqrazlar 12 aylıq müddətə, ümumilikdə 50 milyon manat həcmində emissiya ediləcək. Emitentin AAA (Fitch) beynəlxalq reytinqə malik olması isə bu aləti xüsusilə etibarlı edir.
Qeyd edək ki, ölkəmizin EBRD ilə əməkdaşlığı 1992-ci ildən başlayır. O vaxtdan bəri Bank ölkədə 200-ə yaxın layihəyə maliyyə dəstəyi göstərib və 4 milyard avrodan artıq sərmayə yatırıb.
Unicapital maliyyə alətlərinin şaxələndirilməsi baxımından bir ilk hesab edilən bu əhəmiyyətli layihənin bir hissəsi olmaqdan qürur duyur. Beynəlxalq təcrübəyə əsaslanan peşəkar anderraytinq xidməti ilə şirkət korporativ və institusional investorlar üçün gələcəkdə də çevik və cəlbedici investisiya imkanları yaratmağa davam edəcək.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 6 d. əvvəl
-
10 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
24 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 47 d. əvvəl
- 50 d. əvvəl
-
50 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"






















