Zijin Gold-un səhmləri IPO-dan sonra 72% bahalaşıb
Çin mədən şirkəti Zijin Gold-un səhmləri Honkonqda debüt ticarətində 71,8% artaraq 123 Honkonq dollarına yüksəlib. Bu, ilin ikinci ən böyük ilkin səhmdar yerləşdirilməsi (IPO) olub və şirkət təxminən 3,2 milyard ABŞ dolları həcmində vəsait cəlb edib.
Marja xəbər verir ki, Zijin Gold, Çin mədən nəhəngi Zijin Mining-in qızıl istehsalı üzrə bölməsi olaraq, Honkonq Birjasında (HKEX) 2259 kodu ilə IPO həyata keçirib. Şirkət IPO zamanı təxminən 349 milyon səhmini hər səhm üçün 71,59 Honkonq dollarından yerləşdirib. Toplanan vəsait qismən Qazaxıstandakı qızıl mədəninin alınmasına, qismən isə mövcud mədənlərin modernləşdirilməsi və yeni mədənlərin tikintisinə yönəldiləcək.
Dealogic-in hesablamalarına görə, Zijin Gold IPO-dan sonra debüt günündə Honkonq bazarında son on il ərzində ən uğurlu səhmlərdən biri ola bilər. IPO-nun təşkilatçıları Morgan Stanley və Citic Securities olub.
Tənzimləyicilərə təqdim edilən sənədlərə əsasən, fərdi investorlar arasında tələbat təklifdən 241 dəfə çox, institusional investorlar arasında isə 20,4 dəfə yüksək olub. Böyük investorlara Sinqapur Dövlət Fondu GIC Pte, Hillhouse Investment, BlackRock, Fidelity International və Millennium Management daxildir.
Zijin Gold IPO üçün əlverişli dövrdə bazara çıxıb – qızıl qiymətləri tarixi maksimuma yüksəlməkdədir. Bu il qızılın qiyməti qlobal siyasi qeyri-müəyyənlik və faiz dərəcələrinin azaldılması fonunda 40%-dən çox artıb.
Sentyabr ayında qızılın qiyməti ilk dəfə tarixi olaraq 3600 dollar, sonra 3700 dollarvə 3800 dollar səviyyələrini keçib. 29 sentyabrda isə qızılın qiyməti ilk dəfə 3,850 dollar/unsiyanı ötüb. 30 sentyabrda, COMEX bazarında dekabr fyuçersləri 0,3% azalaraq 3844 dollar səviyyəsində ticarət olunub.
Bloomberg Intelligence analitiki Mişel Lün qeyd edir ki, “Zijin Gold IPO üçün mükəmməl zamanı seçib. Qızıl qiymətlərinin davamlı artımı qlobal qızıl şirkətlərinin səhmlərinin dəyərini yüksəldib və bu, Zijin Gold-un dəyərini daha da artıracaq.”
Zijin Gold-un birjada debütü keçən həftə Honkonqu vuran supertayfun Ragasa səbəbindən bir gün təxirə salınıb. Əvvəlcə IPO-nun startı 29 sentyabr planlaşdırılsa da, müraciət toplama müddəti uzadılıb və ticarət 30 sentyabrda başlayıb.
Zijin Gold şirkətinin IPO-su 2025-ci ildə dünyanın ən böyük IPO-su olub (may ayında elektrik avtomobilləri üçün batareya istehsalçısı CATL-in 5,3 milyard ABŞ dolları dəyərində ilkin kütləvi yerləşdirilməsindən sonra).
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
9 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
9 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
13 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb























