Kapital Bank “Globee–Innovation Awards”dan qızıl mükafata layiq görüldü
(®) Ölkənin birinci bankı Kapital Bank müştəri məmnuniyyəti və xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi “Müştəriyönümlü transformasiya” layihəsi ilə beynəlxalq arenada növbəti böyük uğura imza atıb.
Bank dünyanın ən nüfuzlu mükafat proqramlarından olan “Globee–Innovation Awards” tərəfindən “Customer Success–Outstanding Achievement of the Year” “Müştəri uğuru–İlin görkəmli nailiyyəti” kateqoriyasında qızıl mükafata layiq görülüb.
Bununla yanaşı, bank eyni kateqoriyada bütün beynəlxalq rəqibləri arasında ən yüksək balı toplayaraq “Best of Category”- “Kateqoriyanın ən yaxşısı” xüsusi mükafatını da qazanıb. Bu nailiyyət bankın müştəri təcrübəsini təkmilləşdirmək üçün tətbiq etdiyi innovativ yanaşmaların və həyata keçirdiyi uğurlu layihələrin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir.
Qeyd edək ki, 2003-cü ildən təşkil olunan və qlobal biznes ictimaiyyətində yüksək nüfuza malik olan “Globee Awards” proqramı müxtəlif sahələrdə innovasiya, liderlik və müştəri təcrübəsi kimi istiqamətlərdə əldə edilən üstün nailiyyətləri qiymətləndirir. Builki müsabiqədə 4 əsas və 1666 alt kateqoriya üzrə dünyanın müxtəlif ölkələrindən startaplar, KOBİ-lər, böyük şirkətlər və dövlət qurumları iştirak edib.
Kapital Bank-ın Bank Əməliyyatları Ofisinin lideri Məhəmməd İbrahimov qazanılan uğurla bağlı fikirlərini bölüşüb: “Biz “Müştəriyönümlü Transformasiya” layihəmizlə müştərilərimizə ən yüksək standartlara cavab verən, sürətli və şəffaf xidmət göstərməyi hədəfləyirdik. Beynəlxalq səviyyədə ən yaxşılar arasında seçilməyimiz, komandamızın peşəkarlığının və müştərilərimizə olan diqqətimizin nəticəsidir. Bu nailiyyət bizi gələcəkdə daha innovativ həllər tətbiq etməyə və müştəri məmnuniyyətini daha da yüksəltməyə ruhlandırır. Birlikdə daha böyük uğurlar qazanacağımıza inanıram”.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
7 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib





















