ABŞ-da tələbatla bağlı narahatlıqlar faiz endiriminin yaratdığı nikbinliyi üstələyib— neft qiymətləri düşür
Cümə günü neft qiymətləri enib.
Marja xəbər verir ki, ABŞ-da yanacağa olan tələbatla bağlı artan narahatlıqlar, Federal Ehtiyat Sisteminin (Fed) bu il həyata keçirdiyi ilk faiz endiriminin istehlakı artıracağına dair gözləntiləri kölgədə qoyub.
London birjasında Brent markalı neftin noyabr fyuçersləri Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, 0,4% azalaraq bir bareli 67,14 dollara, ABŞ-ın West Texas Intermediate (WTI) markalı neftinin fyuçersləri də 0,4% azalaraq 63,34 dollara geriləyib.
Buna baxmayaraq, hər iki əsas neft markası ardıcıl ikinci həftəni artımla başa vurmağa hazırlaşır.
Fed çərşənbə günü uçot dərəcəsini 0,25 faiz bəndi aşağı salıb və əmək bazarında zəifləmənin əlamətlərinə cavab olaraq daha çox endirimlərin olacağını istisna etməyib. Adətən daha aşağı faizlər (borclanma xərcləri) neftə olan tələbi artıraraq qiymətləri yüksəldir.
“Bazar ziddiyyətli siqnallar arasında sıxışıb qalıb. Tələbat tərəfdən baxsaq, Enerji İnformasiya Administrasiyası da daxil olmaqla bütün enerji agentlikləri zəifləyən tələblə bağlı narahatlıqlarını ifadə ediblər və bu da yaxın perspektivdə ciddi qiymət artımı gözləntilərini zəiflədir. Təklif tərəfdə isə OPEC+ ölkələrinin hasilatı artırmaq planları və ABŞ-ın yanacaq məhsulları ehtiyatlarında artıqlıq əlamətləri bazar əhvalına mənfi təsir göstərir” — deyə analitiklər bildirir.
ABŞ-da yanacaq ehtiyatlarının bazar proqnozunu (1 milyon barel) xeyli üstələyərək 4 milyon barel artması da dünyanın ən böyük neft istehlakçısında tələbin zəiflədiyinə dair narahatlıqları gücləndirib və qiymətlərə təzyiq göstərib.
Həftə ərzində açıqlanan iqtisadi göstəricilər də narahatlıqları artırıb. İşsizlik müavinətinə müraciətlərlə bağlı son məlumatlar ABŞ əmək bazarının zəiflədiyini, həm işçi tələbinin, həm də təklifinin azaldığını göstərib. Avqustda isə ev tikintisi son iki yarım ilin ən aşağı səviyyəsinə enib və yeni evlərin satılmamış qalması bazarda artıq təklifin formalaşmasına səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 15 saat sonra
- 9 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)










