AccessBank-dan “OK Kart” – Yenilənmiş limitsiz keşbek qazandıran kredit kartı
(®) Müştəri məmnuniyyətini artırmaq və gündəlik maliyyə idarəsini daha da asanlaşdırmaq məqsədilə AccessBank “OK Kart” kredit kartının yenilənmiş versiyasını təqdim edir.
“OK Kart”ın əsas üstünlüklərindən biri limitsiz keşbek qazandırmasıdır. İstifadəçilər seçdikləri xərcləmə kateqoriyalarında qazandıqları keşbeki heç bir məhdudiyyət olmadan toplaya bilir ki, bu da kart sahiblərinə alış-verişlərindən maksimum fayda əldə etməyə imkan yaradır.
Yenilənmiş “OK Kart” müştərilərə limitsiz keşbek toplamaq imkanı yaradır. İstifadəçilər seçdikləri xərcləmə istiqamətlərində hər ay 5%-dək keşbek qazanaraq gündəlik alış-verişlərini daha faydalı edə bilirlər. Market, kafe, geyim, kinoteatr, aptek, gözəllik və SPA, yanacaq, idman və digər sahələr üzrə seçim imkanı kart sahiblərinə xərclərini öz həyat tərzinə uyğun planlaşdırmaq imkanı verir.
Kartın digər üstünlüyü isə ödənişlərin rahatlığında özünü göstərir. Əsas borcu dərhal ödəmək mümkün olmadıqda, müştərilər minimal komissiya ilə borcu hissə-hissə qaytara bilirlər. Uzunmüddətli istifadə zamanı isə hər tam və natamam xərclənən 200 AZN görə 5 AZN komissiya tətbiq edilir ki, bu da “OK Kart”-ı bazarda daha əlçatan edir.
Sadəcə şəxsiyyət vəsiqəsi və minimum 400 AZN gəlir əsasında əldə olunan “OK Kart” gündəlik maliyyə əməliyyatlarını daha sərfəli, çevik və rahat edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib





















