Qızılın rekordu: 45 ilin ən yüksək səviyyəsi - Bu il 40% gəlir gətirib
Qızıl 2025-ci ildə də investorların diqqət mərkəzindədir.
Marja xəbər verir ki, son 45 ilin ən yüksək real səviyyəsini görən qiymətin artmasının arxasında yüksək inflyasiya, ABŞ Federal Ehtiyat Sisteminə (Fed) olan etibar məsələləri, mərkəzi bankların alışları, geosiyasi risklər və yüksək gəlir axtarışı kimi amillər dayanır.
İnflyasiyaya görə düzəldilmiş qiymət ilə qızıl 1980-ci ilin ən yüksək səviyyəsini keçərək yeni rekord qırıb. 1980-ci ildən alış edən investorlar real mənada 45 il sonra, yəni 2025-ci ildə baş-baş nöqtəsinə çatıblar.
Bu ilin ilk doqquz ayında qızıl investorlarına təxminən 40% gəlir gətirib. Bu, 1979-cu ildə qeydə alınan 126,5% illik artımdan sonra ən güclü illik performans hesab olunur. 1970-ci illərdə ABŞ-ın qızıl standartından imtina etməsi (Nixon Shock, 1971) və inflyasiyanın iki rəqəmli səviyyələrə yüksəlməsi dövründə qızıl qiymətləri ciddi artış göstərmişdi. 1973–1974-cü illərdəki sürətli yüksəliş və 1979-cu ildə qeydə alınan 126,5% artım inflyasiyanın təsirini əks etdirirdi.
2008-ci ilin qlobal böhranından sonra başlayan monetar genişlənmə dalğası qızıla yenidən “təhlükəsiz liman” statusunu qazandırdı. 2007–2011-ci illərdə qızıl ardıcıl olaraq ikirəqəmli illik gəlirlər verərək investorların marağını cəlb edib.
Hazırda qlobal birjalarda qızılın unsiyası təxminən 3640 dollara ticarət olunur.
Qeyd: İnflyasiyaya görə düzəldilmiş qiymət (və ya maliyyə dəyəri) inflyasiya şəraitində pulun alıcılıq qabiliyyətindəki dəyişiklikləri əks etdirmək məqsədi ilə bir aktivin və ya öhdəliyin keçmişdəki dəyərinin indiki inflyasiya səviyyələrinə uyğun olaraq yenidən hesablanması ilə əldə olunan qiymətdir. Bu əməliyyat maliyyə hesabatlarının zaman ərzində real mali vəziyyəti əks etdirməsini təmin etmək üçün həyata keçirilir və adətən “düzəliş əmsalı” istifadə edilərək yerinə yetirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)






.jpg)



