Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
"Azər Turk Bank" Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə 8,5 milyon manatlıq kredit sazişi imzalayıb. Bu vəsait kiçik və orta sahibkarlıq subyektlərinə təkrar kredit şəklində təqdim olunacaq.10 sentyabr 2025-ci il tarixində dövlət bankı Azər Turk Bank ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında 8,5 milyon manat məbləğində Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi üçün kredit sazişi imzalanmışdır.
Marja xəbər verir ki, Azər Turk Bank bu saziş çərçivəsində əldə olunmuş vəsaitləri istehsal, xidmət, kənd təsərrüfatı və digər sektorlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinə təkrar kredit şəklində təqdim etməklə onların investisiya imkanlarını genişləndirəcək və Azərbaycanın özəl sektorunun inkişafına mühüm töhfə verəcəkdir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və Yunanıstan tərəfindən 1997-ci ildə təsis edilmiş beynəlxalq maliyyə institutudur. BSTDB-nin baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. Bank iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləmək məqsədilə dövlət və özəl sektorlarda layihələrin və ticarətin maliyyələşdirilməsi üçün kreditlər, kredit xətləri, kapital yatırımları və zəmanətlər təqdim edir.
"Son illərdə davamlı inkişaf nümayiş etdirən və Azərbaycan bank sektorunda mövqeyini möhkəmləndirən Azər Turk Bank, beynəlxalq maliyyə icmasına inteqrasiyasını daha da gücləndirdiyini bir daha sübut etmişdir. BSTDB ilə kredit sazişinin imzalanması əməkdaşlıq üçün yeni perspektivlər açacaq və Azər Turk Bank-ın milli iqtisadiyyatın inkişafına, həmçinin onun diversifikasiyasına daha fəal töhfə verməsinə imkan yaradacaq", - Azər Turk Bank-dan bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
7 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib






















