Bu BOKT sürətlə inkişaf edir, qazancını artırır - DAHA DA BÖYÜMƏK ÜÇÜN 10 MİLYON MANAT CƏLB EDİR
BOKT “İnternational” ASC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 3 milyon 576 min manat xalis mənfəət ilə başa vurub. Kredit təşkilatı ötən ilin eyni dövrünü 3 milyon 281 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT “İnternational”ın 6 aylıq xalis mənfəəti 295 min manat və ya 9% artıb.
BOKT “İnternational” 2022-ci ili 1 milyon 530 min manat, 2023-cü ili 2 milyon 792 min manat, 2024-cü ili 4 milyon 821 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, 2025-ci ilin yanvar-iyun dövründə BOKT “İnternational”ın faiz gəlirləri 2 milyon 24 min manat və ya 28,6% artaraq 30 iyun 2025-ci il tarixində 9 milyon 104 min manat olub.
2025-ci ilin ilk 6 ayında BOKT “İnternational”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 4 milyon 597 min manat və ya 12% artaraq 30 iyun 2025-ci il tarixində 42 milyon 557 min manata çatıb. 2024-cü ilin sonunda BOKT-ın kredit portfeli 37 milyon 960 min manat təşkil etmişdi.
Qeyd edək ki, “Bank Olmayan Kredit Təşkilatı “İnternational” Açıq Səhmdar Cəmiyyəti 10 milyon manatlıq istiqraz buraxır. Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların hər birinin nominal dəyəri 100 manat, sayı 100 000 ədəddir. İstiqrazlar üzrə illik faiz dərəcəsi 18% təşkil edir. İstiqrazların tədüvül müddəti 36 aydır. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir.
BOKT “İnternational” ASC-nin nizamnamə kapitalının 100%-i Həsənov Rifat Vaqif oğluna məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
7 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib






















