ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
8 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Bank of Baku ASC-nin istiqrazlarının abunə yazılışına həsr olunmuş “Açılış Zəngi” mərasimi keçirilib.
Tədbir Azərbaycanın maliyyə bazarında kapital alətlərinin genişlənməsi və investorlar üçün yeni imkanların yaradılması baxımından mühüm hadisə oldub.
Bakı Fond Birjası QSC-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov çıxışı zamanı ölkəmizdə maliyyə bazarının inkişafı və investisiya alətlərinin çeşidinin artırılmasının əhəmiyyətini vurğulayıb. Bank of Baku ASC- nin İdarə Heyətinin sədri Həsən Quliyev isə Bankın kapital bazarında fəallığının artmasının və investorlarla etibarlı əməkdaşlıq mühitinin genişlənməsinin önəmini qeyd edib.
ABB-İnvest İnvestisiya Şirkəti QSC-nin İcraçı direktoru Nadir Babazadə tədbirdə bildirib:
“Artıq investorlar Bank of Baku istiqrazları üzrə sifarişlərini birbaşa ABB mobile tətbiqi vasitəsilə yerləşdirə bilərlər. Bu addım investisiya prosesini daha rahat, sürətli və tam rəqəmsal edir.”
İstiqrazların əsas şərtləri:
• İllik gəlirlilik: 13%
• Müddət: 18 ay
• Nominal dəyər: 100 AZN
• Faizlərin ödənişi: Hər 3 aydan bir
• Buraxılış həcmi: 20 000 000 AZN
• Abunə yazılışının son tarixi: 19 sentyabr 2025
İstiqrazların potensial investorlar üçün üstünlükləri:
• Nisbətən yüksək və müntəzəm faiz gəliri
• Etibarlı yatırım aləti
• İnvestisiya portfelinin diversifikasiyası imkanı
• Fiziki şəxslər üçün faiz gəlirlərinin vergidən tam azad olması
ABB-İnvest İnvestisiya Şirkəti QSC bütün investorları investisiyalarını etibarlı və yüksək gəlirliliklə dəyərləndirməyə dəvət edir. İstiqrazları əldə etmək üçün ABB mobile tətbiqinə “ İnvestisiya” bölməsinə daxil olmaq kifayətdir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 5 d. əvvəl
-
9 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
23 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 46 d. əvvəl
- 49 d. əvvəl
-
49 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"




















