"Kənd təsərrüfatı təyinatlı" adı altında qeydiyyata alınan torpaqların xeyli hissəsi nə əkin, nə də örüş kimi yararlı deyil"
“Ölkəmizdə quş əti ilə təminatı yüz faizə qaldırmaq, ixraca hədəflənmək, həmçinin yerli bazarda toyuq əti və ərzaqlıq yumurtanın qiymətində artımın qarşısını almaq üçün müəssisələrin genişlənməsi, yeni istehsal texnologiyalarının tətbiqi vacib şərtdir".
Marja.az xəbər verir ki, bunu Aərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib.
Onun sözlərinə görə, bunun üçünsə torpaq sahələrinin əldə olunması və yaxud mövcud ərazilərdə yeni binaların tikintisi həyata keçirilməlidir:
"Belə ki, sovet dövründən tikilən tikililər quşçuluqda istifadə olunan müasir texnologiyaların tətbiqinə imkan vermədiyinə görə müəssisələr onları sökərək yerində, yaxud müasir texnoloji tələblərə uyğun olaraq bir qədər başqa ərazidə yeni binalar tikmək istyəyirlər. Çünki sovet dövründən tikilmiş inqubator stansiyaları, yem sexləri, kəsim sexləri və digər binalar yeni dövrün texnologiyasının tətbiqinə imkan vermir.Təsərrüfatlarda yenidənqurma işlərinin aparılması olduqca vacibdir. Lakin biz bunu edə bilmirik, çünki ölkəmizdə olan torpaqların əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır və iki kateqoriyaya aiddir: əkin və örüş. Əkin torpaqlarında əkinçilik, örüşdə isə mal-qaranın otarılması nəzərdə tutulur. Lakin real vəziyyət belədir ki, ”kənd təsərrüfatı təyinatlı" adı altında qeydiyyata alınan torpaqların xeyli hissəsi nə əkin üçün, nə də örüş kimi istifadəyə yararlı deyil. Bir yabanı otun da bitmədiyi yararsız ərazilərimiz var ki, sənədlərdə kənd təsərrüfatı təyinatlı torpaq olduğu üçün həmin qayalıqda sahibkarlar bir toyuq hini də tikə bilmir. Ya da hansısa bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Buna ilk növbədə qanunvericiliyi bəhanə edən yerli icra hakimiyyətləri imkan vermir. Yerli icra hakimiyyəti orqanlarına təsərrüfatın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi üçün həyati əhəmiyyəti olan tikintilərin aparılması ilə bağlı müraciətlərimiz qulaqardına vurulur. Bir çox hallarda isə onlar əvvəlcədən tikinti üçün alınan icazələr əsasında işlərin həyata keçirilməsinə imkan vermirlər. Bu kimi hallar ölkənin ən iri quşçuluq təsərrüfatlarının inkişaf planlarına ağır zərbə vurmaqdadır".
M.Həsənlinin sözlərinə görə, son 2 ildə dünyanın müxtəlif regionlarında yayılan xəstəliklər, xüsusilə də quş qripi quşçuluq sahəsinə çox böyük zərər vurub:
“Bu səbəbdən bir ildir ki, ABŞ bazarında süfrə yumurtası manatla ifadə etsək, 1 AZN-ə qədər bahalaşıb, qardaş Türkiyədə qiymət 0,3 AZN-ə yaxınlaşır. Çox şükürlər olsun ki, Azərbaycanda bu ağır patogen xəstəliklə bağlı vəziyyət stabildir, yoluxma halına rast gəlinmir. Biz quşçuluq təsərrüfatları ölkəmizdə quş qripinə yoluxmanın qeydə alınması ehtimalını təsəvvür belə etməyə qorxuruq, çünki bu təqdirdə milyonlarla baş toyuq sürüləri qısa müddətdə məhv ola bilər. Bunun əsas səbəbi odur ki, təsərrüfatların istehsal binaları neçə illərdir dünya praktikasına uyğun təcridedilmə prosesinin təmin olunmasına imkan verməyəcək hala gəlib. İstifadə etdiyimiz binaların əksəriyyəti Sovet dövründən qalmadır, onların şərtləri müasir istehsal texnologiyalarını tətbiq etməyə imkan vermir. Bu binalarda hər hansı xəstəlik aşkarlandığı təqdirdə müxtəlif yaş qruplarından olan toyuq sürülərini bir-birindən təcrid etmək mümkün deyil.
Ümumiyyətlə, bildirim ki, quşçuluğun ən mühüm spesifik xüsusiyyətlərdən biri təsərrüfatda bir mövsüm quş saxlandıqdan sonra bioloji fasilənin verilməsidir. Ancaq bu gün mövcud reallıqda bunu etmək mümkün deyil. Bioloji fasilə zamanı bir binada bir mövsüm quş saxlandıqdan sonra bina tamamilə boşaldılır, yuyulur təmizlənir, dezinfeksiya edildikdən sonra ən az 6 ay müddətinə boş saxlanılır. Bunu etməkdə məqsəd virus və bakteriyaların aparılan vaksinasiya proqramına qarşı immunitet qazanmasının qarşısını almaqdır. Təəssüf ki, bugünkü şərait Azərbaycanın quşçuluq təsərrüfatlarına bu vacib prosesi təmin etməyə imkan vermir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
47 d. əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan fındığı xaricə daha baha satılıb, ixracından gəlirlər artıb
-
2 saat əvvəl
Xarici ölkələrə 158 min ton satılıb, 175 milyon dollar gəlir götürülüb
-
2 saat əvvəl
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
-
3 saat əvvəl
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
-
3 saat əvvəl
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
-
4 saat əvvəl
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
Dekabrın 23-də gözlənilən hava şəraiti
Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edilib
Bu dövlət şirkətinə 245 milyon manata yaxın faizsiz kredit verilib
Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb













.jpg)







.jpg)


