Sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyanı necə əldə etmək olar?
Lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün verilən rəsmi sənəddir. Qanuna əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələr aşağıdakı meyarlardan biri nəzərə alınmaqla müəyyən edilir:
· fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edə bilərsə;
· fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutduqda;
· fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilərsə;
· fəaliyyət növü qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğura bilərsə.
Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı “Lisenziyalar və icazələr haqqında” Qanunla müəyyən olunub. Dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər və Ələt Azad İqtisadi Zonasında verilən lisenziyalar istisna olmaqla 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Qanunvericiliyə əsasən hazırda lisenziyalar mobil rabitə xidmətləri istisna olmaqla müddətsiz təqdim olunur.
Sahibkarlar lisenziya almaq üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB evlərinə (Bakı KOB evi, Xaçmaz KOB evi, Yevlax KOB evi), “ASAN xidmət” mərkəzlərinə (5 saylı Bakı, Sumqayıt, Gəncə, Masallı və Şəki), həmçinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Portalda 23 fəaliyyət növü üzrə lisenziyaların elektron qaydada verilməsi üçün müraciətlərin qəbulu, həmçinin 8 aidiyyəti qurumdan rəyin alınması və nəticələrin rəsmiləşdirilməsi imkanları təmin edilib.
Lisenziya almaq üçün müvafiq ərizə forması doldurulur və ərizəyə əlavə olunan sənədlər təqdim edilir. Ərizəçi fərdi sahibkar olduqda şəxsiyyət vəsiqəsinin surəti, ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti, ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti, lisenziya şərtlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər əlavə edilir. Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti də təqdim edirilir.
İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilərkən sahibkarlıq fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarının rəyi əsas götürülür. Lisenziya obyektlə bağlı olduqda isə obyektin uyğunluğu yerində qiymətləndirilir, aidiyyəti dövlət orqanının rəyinə əsasən qərar qəbul edilir.
Lisenziyanın verilməsinə görə dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci və 23-cü maddələri ilə müəyyən olunub. Sahibkarlıq fəaliyyəti yalnız regionlarda həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd lisenziya verən orqana təqdim edildikdən sonra lisenziya ərizəçiyə təqdim edilir.
Qeyd edək ki, 2025-ci ilin 7 ayında yarımilində İqtisadiyyat Nazirliyi tərəfindən ümumilikdə 1049 lisenziya verilib, onlardan 769-u elektron qaydada təqdim olunub. “Lisenziyalar və icazələr” portalı 2018-ci ildən fəaliyyət göstərir və ötən müddət ərzində portal vasitəsilə 6 556 elektron lisenziya təqdim olunub.
2025-ci ilin ilk 7 ayında verilən lisenziyaların əsas hissəsi aşağıdakı sahələr üzrə qeydə alınıb:
· Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri - 251 lisenziya;
· Əczaçılıq fəaliyyəti - 170 lisenziya;
· Özəl tibb fəaliyyəti - 127 lisenziya;
· Rabitə xidmətləri – 148 lisenziya;
· Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi – 86 lisenziya;
· Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması - 75 lisenziya;
· Baytarlıq preparatlarının istehsalı və satışı - 32 lisenziya;
· Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin isehsalı və idxalı - 34 lisenziya;
· Digər - 126 lisenziya.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
6 saat əvvəl
"Artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Bu, xüsusi bir hissdir"
-
10 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
-
11 saat əvvəl
Anthropic-in yeni süni intellekt plaginləri 300 milyard dollar itki yaratdı
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
-
13 saat əvvəl
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
-
13 saat əvvəl
“SmartCustoms” və “e.customs.gov.az”a daxil olma imkanları barədə yenilik
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Ən çox oxunanlar
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib
Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər
"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
Azərbaycan-Özbəkistan İşgüzar Şurası yaradılacaq
























