Volkswagen Avropa bazarında Tesla-nı geridə qoyub
Volkswagen-in qlobal elektrikli avtomobil satşı ötən illə müqayisədə 38% artıb. Yeni modelləri ilə şirkət Avropa bazarında Tesla-nı geridə qoyub.2015-ci ildəki dizel qalmaqalının ardından ekoloji imicini bərpa etməyə çalışan Volkswagen elektrikli avtomobillərə yönəlib. Şirkət 2021-ci ilin martında 2025-ci ilə qədər Tesla-dan daha çox elektrikli avtomobil satmağı hədəflədiyini açıqlamışdı.
Lakin ilk modellər uğursuzluqla nəticələndi. Problemli proqram təminatı və Avropada zəif maraq səbəbindən satışlar aşağı oldu. Çində isə rəqabətədavamlı modellərin bazara gec çıxması Volkswagen-i yerli istehsalçılardan geri qalmasına səbəb oldu. ABŞ-da da alıcıların Volkswagen modellərinə marağı zəif qaldı.
Yeni mərhələ: proqram təminatı və tərəfdaşlıqlar
Marja xəbər verir ki, indi isə Volkswagen istiqamətini dəyişməyə çalışır. Üç il əvvəl Baş direktor vəzifəsinə təyin olunan Oliver Blume şirkətin məhsullarını inkişaf etdirmək üçün proqram təminatı və elektrikli avtomobil startapları ilə əməkdaşlıq qurub. Şirkət sentyabr ayında yeni nəsil elektrikli avtomobillərinin ilkini təqdim etməyi planlaşdırır.
Şirkətin satışları ikinci rübdə artıb, qlobal elektrikli avtomobil satışları ötən illə müqayisədə 38% yüksəlib. Avropada Volkswagen-in ən yeni modelləri son aylarda Tesla-nı geridə qoyub. Proqnozlara görə, 2025-ci ildə şirkət Avropanın ən böyük elektrikli avtomobil istehsalçısına çevriləcək və Tesla, Stellantis, Renault-u geridə qoyacaq.
Çin və ABŞ-da tərəfdaşlıqlar
Çində pandemiyadan sonra BYD və Nio kimi yerli şirkətlər elektrikli modellərin sayını artırdı və bazarı ələ keçirdilər. 2023-cü ildə BYD Volkswagen-i liderlikdən saldı və bu uğursuzluqlar Diess-in vəzifəsini itirməsinə səbəb oldu.
Ardınca Porsche-nin rəhbəri Oliver Blume konsernin baş direktoru təyin edildi. O, idarəetməyə gəldikdən sonra öz komandasını formalaşdırdı, bəzi bahalı layihələri dayandırdı, Cariad adlı problemli proqram təminatı bölməsini kiçiltdi, batareya istehsalı hədəflərini azaltdı. Həmçinin Şirkət Çinin Xpeng və ABŞ-ın Rivian şirkətilə ümumilikdə 8 milyard dollarlıq əməkdaşlıq müqaviləsi imzaladı.
Xatırladaq ki, Volkswagen-in, milyonlarla avtomobili emissiya testlərini aldatmaq üçün proqram təminatı ilə təchiz edildiyi aşkarlanmışdı. ABŞ hökuməti Şirkətə sərt xəbərdarlıq etmişdi. Nəticədə Volkswagen 32 milyard avro cərimə, hüquqi məsrəf və geri çağırma xərcləri ilə üzləşmiş, brendin imicinə isə böyük zərər dəymişdi.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















