Qars-Naxçıvan dəmir yolunun tikintisinə avqustun 22-də start veriləcək
Zəngəzur dəhlizinin əsas hissəsi olacaq Kars-Iğdır-Aralıq-Dilucu Dəmir Yolu xəttinin təməli qoyulurTürkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, avqustun 22-də Zəngəzur dəhlizinin mühüm hissəsi olan Kars-Iğdır-Aralık-Dilucu (Qars-Naxçıvan ) Dəmir Yolu xəttinin təməli qoyulacaq. Onun sözlərinə görə, bu dəhlizin işə düşməsi ilə Pekindən Londona qədər uzanan şərq-qərb xətti daha səmərəli fəaliyyət göstərəcək.
Marja.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, nazir yazılı açıqlamasında qeyd edib ki, sözügedən dəmir yolu xətti Türkiyənin şərqində yük və sərnişin daşımalarını gücləndirəcək. Bu layihə həm Türkiyənin logistik imkanlarını artıracaq, həm də ölkənin Asiyaya çıxan ticarət yollarında “jeostrateji təhlükəsizlik adası” rolunu möhkəmləndirəcək.
Abdulkadir Uraloğlu Maliyyə Nazirliyi tərəfindən aparılan işlər nəticəsində layihə üçün 2,4 milyard avro dəyərində xarici maliyyələşmənin təmin edildiyini diqqətə çatdırıb:
• Xəttin uzunluğu 224 kilometr olacaq;
• Qoşa xəttli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa ediləcək;
• İllik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaq gücündə olacaq;
Nazir bildirib ki, təməli atılacaq bu dəmir yolu xətti Azərbaycan ilə Naxçıvan arasındakı bağlantını təmin edəcək Zəngəzur dəhlizinin əsas hissələrindən biri olacaq:
“Bu xətt sayəsində Türkiyə ilə Azərbaycan arasında fasiləsiz yeni dəmir yolu əlaqəsi yaradılacaq. Şərq və Cənub-Şərqi Anadolunun istehsal potensialı xarici bazarlara daha sürətli çatacaq, Aralıq dənizi bölgəsinin turizm imkanları genişlənəcək. Bundan başqa, bu dəmir yolu Trans-Xəzər və şimal-cənub dəhlizlərini gücləndirəcək, Avrasiyanın təchizat və logistika şəbəkələrini möhkəmləndirəcək, Türkiyəni isə regional əməkdaşlığın mərkəzinə çevirəcək. Zəngəzur dəhlizinin işə düşməsi ilə Pekindən Londona qədər uzanan şərq-qərb xətti daha səmərəli olacaq, Orta Dəhlizin dəmir yolu və avtomobil yolu yükdaşıma gücü əhəmiyyətli dərəcədə artacaq.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
18 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
-
50 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Ən çox oxunanlar
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



























.jpg)


