“Cahan Şirkətlər Qrupu”nun təşəbbüsü ilə Naxçıvanda yaşayan şəhid ailələri azad edilmiş ərazilərə səfər ediblər
“Cahan Şirkətlər Qrupu”nun və Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvandan olan 63 şəhid ailəsi üzvü Şuşaya səfər edib.
13–14 avqust tarixlərində təşkil olunan səfərin əsas məqsədi, Azərbaycanın işğaldan azad olunması uğrunda şəhid olmuş qəhrəmanlarımızın övladlarına, ailələrinə və yaxınlarına Şuşa və digər azad edilmiş torpaqlarımızı tanıtmaq olmuşdur.
Səfər çərçivəsində əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, abidə önünə gül dəstələri qoyularaq xatirəsi yad edilib. Ardınca tədbir iştirakçıları Bakıya yola düşüb, hava limanında xoş qarşılamadan sonra Şuşa səfərinə davam ediblər.
Səfərin ilk günü, 13 avqustda, Şuşa şəhərinin “Xarı bülbül” otelində qalan şəhid ailələri Şuşa qalasını ziyarət ediblər. Axşam yeməyindən sonra uşaqlar üçün rəsm məşğələsi təşkil olunub, çəkdikləri əsərlər otelin foyesində sərgilənib və onlara maraqlı, şəkilli kitablar hədiyyə edilib.
Səfərin ikinci günündə iştirakçılar İsa bulağına səfər edib, Cıdır düzünü, Molla Pənah Vaqif məqbərəsini və Gövhər Ağa məscidini ziyarət edib, İcra Hakimiyyətində görüş keçiriblər. Nahardan sonra Bakı şəhərinə yola düşüblər.
Səfər zamanı görüşdə şəhid ailələri ilə səmimi söhbətlər aparılıb, onların qayğı və ehtiyacları dinlənilib. Bu təşəbbüs, şəhid ailələrinin mənəvi dəstəyə olan ehtiyaclarının qarşılanması və dövlətin onlara göstərdiyi diqqətin bir daha nümayişi kimi qiymətləndirilib.
“Cahan Şirkətlər Qrupu” və Naxçıvan Şəhid Ailələri İctimai Birliyi bu səfərin təşkilində göstərdikləri dəstəyə görə Prezidentin səlahiyyətli nümayəndəliyinə təşəkkürünü bildirir. Bu ziyarət, həm vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə ehtiramın ifadəsi, həm də onların ailələri üçün unudulmaz və mənəvi baxımdan dəyərli bir xatirə kimi yadda qalacaq.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 5 d. əvvəl
-
9 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
23 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 46 d. əvvəl
- 49 d. əvvəl
-
49 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"





















