Perplexity, Chrome üçün 34,5 milyard dollarlıq təklif irəli sürdü
Süni intellekt əsaslı axtarış sistemi Perplexity, Google-dan Chrome-u 34,5 milyard dollar nağd ödənişlə almağı təklif edib. Şirkət, Chrome-un əsas parametrlərinə toxunmayacağını və açıq mənbəli Chromium layihəsinə 3 milyard dollar sərmayə qoyacağını açıqlayıb. Təklif, Google-un ABŞ-da antitrest iddiası ilə üzləşdiyi həssas dönəmdə gündəmə gəlib.Süni intellekt əsaslı axtarış sistemi Perplexity, Google-dan Chrome-u 34,5 milyard dollar nağd ödəniş qarşılığında almağı təklif edib. Şirkət, Chrome istifadəçilərinin, o cümlədən standart axtarış "mühərrikinin", mövcud əsas parametrlərinin dəyişdirilməyəcəyinə söz verib.
Marja.az-ın məlumatına görə, Perplexity rəsmən təsdiqləyib ki, Google-a təqdim edilən təklifdə Chrome-un əsas mühərriki olan Chromium-un açıq mənbə kimi qalacağı və inkişafına sərmayənin davam etdiriləcəyi qeyd olunub. Şirkət, bu məqsədlə açıq mənbə layihəsinə 3 milyard dollar yatırım etməyi öhdəsinə götürüb.
Təklif, ABŞ Ədliyyə Nazirliyinin Google-a qarşı qaldırdığı antitrest (rəqabət əleyhinə) iddiasında Chrome-un satılması təklifinin gündəmdə olduğu həssas bir vaxta təsadüf edir.
Perplexity əlavə edib ki, Chrome istifadəçilərinin ilkin ayarlarında — standart axtarış sistemi də daxil olmaqla — dəyişiklik etməyəcək. Yəni, öz süni intellekt dəstəkli axtarış mühərrikini standart olaraq (defolt) təqdim etmək əvəzinə, Google-un axtarış sistemini mövcud halda saxlayacaq.
Rəqib axtarış sistemi DuckDuckGo-nun baş icraçı direktoru isə bu ilin aprel ayında Chrome-un dəyərinin 50 milyard dolları keçə biləcəyini bildirmişdi. Perplexity-nin təklifi qəbul edilərsə, bu, böyük imkan kimi qiymətləndirilə bilər.
Bununla belə, Chrome üçün irəli sürülən bu məbləğ, Perplexity-nin indiyədək investorlarından topladığı məbləği və şirkətin mövcud dəyərini xeyli üstələyir. PitchBook məlumatına görə, Perplexity bu günə qədər təxminən 1,5 milyard dollar vəsait cəlb edib. Bloomberg-in xəbərinə əsasən, keçən ay şirkət 100 milyon dollarlıq əlavə investisiya raundu keçirib və ümumi bazar dəyərini 18 milyard dollara yüksəldib.
Üç il əvvəl təsis edilən Perplexity, Nvidia və SoftBank kimi nəhəng investorların da qatıldığı maliyyələşdirmə turları nəticəsində təxminən 1,5 milyard dollar fond toplayaraq süni intellekt sahəsində diqqətçəkən uğur hekayəsinə çevrilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Ən çox oxunanlar
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"






















