Mərkəzi Bankdan müsbət rəy: Unicapital-ın innovativ məhsulu sınaqdan uğurla keçdi
“Unicapital İnvestisiya Şirkəti” ASC tərəfindən təqdim olunan “Kriptobroker platforması”nın sınaq müddəti uğurla başa çatıb.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tətbiq edilən xüsusi tənzimləmə rejiminin ilk mərhələsi çərçivəsində həyata keçirilən bu layihə virtual aktivlərin alışı, satışı və saxlanılması üzrə yeni maliyyə həllini məhdud sayda istifadəçi qrupuna təqdim edib.
Sınaq müddəti 09 dekabr 2024-cü ildən başlayaraq 09 iyun 2025-ci ilə qədər davam edib. Bu dövrdə platforma istifadəçilərə:
• Virtual maliyyə aktivlərinin asan və təhlükəsiz alqı-satqısını
• Maliyyə aktivlərinin saxlanılması imkanını
• Canlı qiymət izləmə funksiyasını təqdim edib
“Kriptobroker platforması” yalnız lisenziyalaşdırılmış və tənzimlənən xidmət təminatçıları ilə əməkdaşlıq edir ki, bu da istifadəçilərin əməliyyatlarının yüksək təhlükəsizlik standartlarına uyğun icra olunmasını təmin edir.
Sınaq mərhələsinin nəticələri Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən uğurlu hesab edilib və platformanın sınaq müddəti əlavə 6 ay uzadılıb.
“Unicapital İnvestisiya Şirkəti” ASC Azərbaycanın aparıcı investisiya şirkətlərindən biridir və müştərilərinə kapital bazarlarında müasir, təhlükəsiz və rahat həllər təqdim edir. Şirkət innovativ texnologiyaların tətbiqi və yeni maliyyə məhsullarının inkişafı ilə ölkədə investisiya sahəsinin güclənməsinə töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
8 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















