"PAŞA Holding" 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir
"PAŞA Holding"in korporativ sosial məsuliyyət (KSM) çərçivəsində həyata keçirdiyi “Fərqindəlik” layihəsi ölkə üzrə səhiyyə savadlılığının artırılmasına və erkən diaqnostika imkanlarının genişləndirilməsinə mühüm töhfə verməkdə davam edir.
2025-ci ilin əvvəlində start götürən layihənin bu günə qədər iki mərhələsi uğurla icra olunub.
Cari ilin mart-aprel aylarında baş tutan layihənin ilk mərhələsində “Erkən müayinə can qurtarır!” devizi altında ölkənin səkkiz rayonunda səyyar tibbi aksiyalar təşkil edilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, "All Medical" şirkəti, yerli klinikalar və icra strukturlarının əməkdaşlığı ilə həyata keçirilən tədbirlər çərçivəsində ümumilikdə 2 910 nəfər müayinədən keçib.
Müayinələr nəticəsində:
• 990 nəfərdə şəkərli diabet və hormonal pozuntular,
• 330 nəfərdə qalxanvari vəz patologiyaları,
• 810 nəfərdə isə daha əvvəl qeydiyyata alınmamış diabet faktı aşkar edilib.
Risk qrupuna daxil olan 450 nəfər İcbari Tibbi Sığorta sisteminə yönləndirilib. Bundan əlavə, 890 şəxsə şəkərölçmə cihazı təqdim olunub.
Avqust ayında başlayan layihənin ikinci mərhələsi sentyabrda da davam edəcək. Bu mərhələdə səyyar tibbi müayinələr Kürdəmir və İmişlidə həyata keçirilib, yaxın günlərdə isə onların Salyan və Lənkəranda təşkil olunması planlaşdırılır.
“Fərqindəlik” layihəsi region əhalisinin ilkin tibbi yardıma əlçatanlığını artırmaqla yanaşı, vətəndaşların sağlamlıq vərdişlərini gücləndirməyə və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına şərait yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
7 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















