İntel-in baş icraçı direktoru Trampın onu istefaya çağırmasına cavab verib
ABŞ-ın texnologiya şirkəti Intel-in baş icraçı direktoru Lip-Bu Tan cümə axşamı günü verdiyi açıqlamada, ABŞ Prezidenti Donald Trampın maraqlar toqquşması səbəbindən onu istefaya çağırmasına cavab verib.
Tramp cümə axşamı sosial şəbəkədə verdiyi açıqlamada, baş direktorun Çin şirkətləri ilə əlaqələri səbəbindən “son dərəcə ziddiyyətli” durumda olduğunu bildirib.
Bu paylaşım, respublikaçı senator Tom Cotton-un bu həftə Intel-in Direktorlar Şurasından Çinlə olan əlaqələri, ölkənin yarımkeçirici şirkətlərinə etdiyi investisiyalar və Çin ordusu ilə əlaqəli digər mövzular haqqında suallara cavab verməsini istəməsindən sonra reallaşıb.
“Həmişə ən yüksək hüquqi və etik standartlara uyğun fəaliyyət göstərmişəm”
Marja.az xəbər verir ki, bundan sonra Tan, Intel-in veb saytında yayımlanan açıqlamasında, Walden International və Cadence Design Systems-dəki əvvəlki vəzifələri haqqında çoxlu yanlış məlumat dolaşdığını, sənayedə 40 ildən artıq çalışdığını, dünya miqyasında əlaqələr qurduğunu və hər zaman ən yüksək hüquqi və etik standartlara uyğun fəaliyyət göstərdiyini bildirib.
Tan, Intel rəhbərliyi ilə gündəmə gətirilən məsələləri müzakirə etdiklərini və həqiqətləri ortaya qoymaq üçün çalışdıqlarını qeyd edib. O, ABŞ Prezidenti Donald Trampın milli və iqtisadi təhlükəsizliyi inkişaf etdirmək istiqamətindəki qətiyyətini və bu prioritetləri irəlilətməkdəki liderliyini yüksək qiymətləndirdiyini vurğulayıb.
Tan, Intel Direktorlar Şurası tərəfindən müştərilər üçün yeniliklər inkişaf etdirmək və bunu nizamlı şəkildə həyata keçirmək istiqamətində görülən işləri tam dəstəklədiyini bildirib.
O, bu ilin qarşıdakı dövründə yarımkeçirici proses texnologiyasından istifadə edərək yüksək həcmli istehsala doğru irəliləməkdən həyəcanlandığını və bunun Intel-in ABŞ texnologiya ekosistemində oynadığı mühüm rolun sübutu olacağını əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


.jpg)


