"BRAND CREDIT BOKT" istiqraz buraxılışı yolu ilə 1 milyon manat cəlb edir - ŞƏRTLƏR
İstiqrazlar üzrə kupon gəlirliliyi illik 15 faiz təşkil edir."BRAND CREDIT BOKT" MMC istiqraz buraxılışı yolu ilə 1 milyon manat cəlb edir.
Marja Təşkilata istinadən xəbər verir ki, kredit təşkilatı hər birinin nominal dəyəri 1000 manat olan 1000 ədəd faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlar buraxıb.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 15 faiz təşkil edir. İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül dövründə (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən) hər 30 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödəniləcəkdir.
Qeyd edək ki, "BRAND CREDIT BOKT" MMC-nin nizamnamə kapitalı1 milyon 900 min manat təşkil edir.
"Brand Credit BOKT" Azərbaycan bazarında 2011-ci ildən fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 21.11.2011-ci il tarixli BKT -9 saylı Lisenziyasına əsasən fəaliyyət göstərir.
TƏŞKİLAT BÖYÜYÜB, GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ ARTIB
Xatırladaq ki, "Brand Credit BOKT" MMC-nin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 2,1 dəfə aratraq 653 min manat təşkil edib. "Brand Credit BOKT"ın faiz gəlirləri 2023-cü ildə 1 milyon 649 min manat ikən, 2024-cü ilidə 2 milyon 107 min manat təşkil edib (458 min manat və ya 27,7% artıb). "Brand Credit BOKT"ın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 2024-cü ildə 2023-cü illə müqayisədə 738 min manat və ya 14,2% artaraq 31 dekabr 2024-cü il tarixində 5 milyon 950 min manata çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib






















