Büdcə kəsiri, yol və su layihələri üçün milyardlarla manat borc götürülüb
Dövlət zəmanətilə ən çox xarici dövlət borcu olan qurumların adları məlum olub.
Marja.az "Dövlət Borcu üzrə yarımillik Statistik Bülleten"ə istinadən xəbər verir ki, Maliyyə Nazirliyi (3 milyard 565,2 milyon manat), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (1 milyard 560,6 milyon manat), “Azərbaycan Dəmir Yolları” QSC (1 milyard 272,1 milyon manat), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (1 milyard 141,2 milyon manat), NMR Dövlət Su Ehtiyatları Agentliyi (326,4 milyon manat) və Kənd Təsərrüfatı Nazirliyi (208,3 milyon manat) dövlət zəmanətilə ən çox xarici borca malik dövlət qurumlarıdır.
2025-ci ilin 01 iyul tarixinə xarici dövlət borcu portfelinin 41,9 faizi büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 58,1 faizi isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.
Qeyd edək ki, 01 iyul 2025-ci il tarixi vəziyyətinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 10,7 milyon ABŞ dolları və ya 2025-ci il üzrə 130 milyard 662,5 milyon manat (76 milyard 860,3 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırılan ÜDM-in 6,5 faizini təşkil etmişdir. 2025-ci ilin 01 iyul tarixinə xarici dövlət borcu xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 119 milyon ABŞ dolları və ya 2,4 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
3 d. əvvəl
Valyuta mübadiləsi şirkəti “Eliko”nun vəzifəli şəxsi 10 min manat cərimlənib
-
8 d. əvvəl
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub - VİDEO
-
-
27 d. əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
44 d. əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ciddi bahalaşma gözləyirlər - QİYMƏT PROQNOZLARI
-
51 d. əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub - VİDEO
Rəsmi məzənnələr açıqlandı
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub




















.jpg)





.jpg)

