Sloveniya Azərbaycanı qaz infrastrukturunun inkişafına cəlb etmək istəyir

Sloveniya Azərbaycanı enerji təhlükəsizliyinin təmin edilməsi və təbii qaz tədarükünün şaxələndirilməsində əsas tərəfdaş hesab edir.
Bu barədə Sloveniyanın Ətraf Mühit, İqlim və Energetika Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəfdaşlıq fasiləsiz qaz təchizatının təmin edilməsinə, strateji əlaqələrin gücləndirilməsinə və Cənub Qaz Dəhlizi də daxil olmaqla beynəlxalq enerji təşəbbüslərində və əlaqəli layihələrdə iştiraka yönəlib.
İki ölkə arasında əməkdaşlığın istiqamətlərindən biri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Geoplin” şirkətinin iştirakı ilə qaz infrastrukturunun inkişafıdır.
"Sloveniya SOCAR və “Geoplin” arasında əməkdaşlığı tam dəstəkləyir. Biz Azərbaycanı yaxın və etibarlı tərəfdaş hesab edir, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə nikbin baxırıq", - nazirlikdən vurğulayıblar.
Qurumun məlumatına görə, Sloveniya qaz təchizatı mənbələrinin şaxələndirilməsinə çalışır və hazırda əsasən iki ölkə - Azərbaycan və Əlcəzairlə danışıqlar aparır.
"Bu gün qazın əsas hissəsi Əlcəzairdən idxal edilir. Lakin Sloveniya Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə böyük əhəmiyyət verir", - nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü il avqustun 1-dən SOCAR Sloveniyaya qaz tədarükünə başlayıb. Qaz təchizatı həmin ilin iyulun 17-də SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumuna əsasən Trans-Adriatik boru kəməri vasitəsilə həyata keçirilir. Keçən il Sloveniyada mavi yanacağın ümumi istehlakının təxminən 5 %-i Azərbaycan qazının payına düşüb. Hazırda bu ölkəyə təbii qaz tədarükünün həcminin artırılması ilə bağlı danışıqlar aparılır.
Nazirliyin məlumatına görə, Sloveniyanın təbii qaza olan illik tələbatı təxminən 0,8-1 milyard kubmetrdir.
Qurumdan vurğulayıblar ki, əvvəllər iki ölkə arasında enerji sahəsində belə sıx qarşılıqlı əlaqə olmayıb və təbii qaz ikitərəfli əməkdaşlığın ən perspektivli istiqamətlərindən biridir.
Xatırladaq ki, 2025-ci il aprelin 4-də Azərbaycan və Sloveniyanın Energetika nazirlikləri arasında enerji təhlükəsizliyinin gücləndirilməsini, təmiz enerji mənbələrinə keçidin dəstəklənməsini, həmçinin Avropaya qaz təchizatı marşrutlarının şaxələndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
© “Report”
Müştərilərin xəbərləri

CFI 3-cü rübdə 1,55 trilyon dollar ticarət dövriyyəsinə çataraq yeni zirvəyə yüksəlib, sentyabrda isə aylıq rekordunu yeniləyib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
3 saat əvvəl
Qarabağ Dirçəliş Fondu tut bağının salınmasına maliyyə dəstəyi ayırıb
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda 5 bankın kredit portfeli 1,5 milyard manatdan çoxdur
-
3 saat əvvəl
Bakı Fond Birjası Dünya Birjalar Federasiyasının tamhüquqlu üzvü olub
-
3 saat əvvəl
Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!
-
3 saat əvvəl
Azərbaycandan 42 milyard manatlıq büdcə - 3,1 milyard manatlıq kəsir nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək
-
4 saat əvvəl
"Sizin Lombard" illik 15%-lə 7 il müdətinə 2 milyon manat cəlb etdi
-
5 saat əvvəl
Güzəşt ləğv olunur, maaşdan vergi ödəniləcək - ŞƏRTLƏR MƏLUM OLDU
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

“Azərbaycanfilm” studiyasına direktor təyin olunub

Azərbaycanda 5 bankın kredit portfeli 1,5 milyard manatdan çoxdur

Azərbaycandan 42 milyard manatlıq büdcə - 3,1 milyard manatlıq kəsir nəzərdə tutulur

Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək

"Sizin Lombard" illik 15%-lə 7 il müdətinə 2 milyon manat cəlb etdi
Ən çox oxunanlar

Güzəşt ləğv olunur, maaşdan vergi ödəniləcək - ŞƏRTLƏR MƏLUM OLDU

Azərbaycanda yaşayış minimumu 15 manat artırılır - 300 manat olacaq

CFI 3-cü rübdə 1,55 trilyon dollar ticarət dövriyyəsinə çataraq yeni zirvəyə yüksəlib, sentyabrda isə aylıq rekordunu yeniləyib

Mərkəzi Bank fırıldaqçılıq statistikasını açıqladı

Qızılın qiymətilə bağlı yeni proqnoz - "Qiymət çox şişmişdi"

Neft Fondunun aktivləri xarici dövlət borcunu 13 dəfə üstələyir
