İkinci rübdə Tesla-nın mənfəəti 16 faiz azalıb
Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla-nın xalis mənfəəti bu ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 16 faiz azalıb.Amerikanın elektrikli avtomobil (elektromobil) istehsalçısı Tesla 2025-ci ilin aprel-iyun dövrü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, ikinci rübdə şirkətin gəliri illik müqayisədə 12% azalaraq 22,5 milyard dollar olub. Tesla 2024-cü ilin ikinci rübündə 25,5 milyard dollar gəlir əldə etmişdi.
Elektromobil istehsalçısının xalis mənfəəti ikinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 16 faiz azalaraq 1,2 milyard dollar təşkil edib. Keçən ilin eyni dövründə Tesla-nın xalis mənfəəti 1,4 milyard dollar olmuşdu.
Şirkətin 2024-cü ilin ikinci rübündə 40 sent olan səhmbaşına qazancı bu ilin eyni dövründə 33 sentə düşüb.
Tesla-nın gəliri və mənfəəti bu ilin ikinci rübündə bazar gözləntilərindən aşağı düşüb.
Tesla 2025-ci ilin ikinci rübündə dünya üzrə 410 min 244 ədəd elektromobil istehsal edib və 384 min 122 ədəd elektromobil satışb. Şirkətin elektromobil istehsalı bu dövrdə illik müqayisədə təxminən dəyişməz qalıb, satdığı elektromobilərin sayı isə 13 faiz azalıb.
Şirkətin açıqlamasında Tesla şirkətin ilk "robotaxi" xidmətinin iyun ayında Ostində istifadəyə verildiyini qeyd edərək, xidmətin əhatə dairəsinin ilkin olaraq məhdud olmasına baxmayaraq, bunun gələcəkdə şirkətin gəlirliliyini artırmağa imkan verəcəyini vurğulanıb.
Açıqlamada daha sərfəli modelin ilk istehsalının iyun ayında həyata keçirildiyi və bu modelin seriyalı istehsalına ilin ikinci yarısında başlanmasının planlaşdırıldığı, “Semi” və “Cybercab” modellərinin isə 2026-cı ildə kütləvi istehsala keçilməsinin gözlənildiyi qeyd edilib.
“Dəyişən gömrük rüsumlarından qaynaqlanan davam edən makroiqtisadi qeyri-müəyyənliklərə, fiskal siyasətdəki dəyişikliklərin qeyri-müəyyən təsirinə və siyasi mühitə baxmayaraq, biz güclü balansımızı qoruyub saxlayırıq. Həmçinin əsas vəsaitlərə, araşdırma və inkişafa yüksək məbləğlərdə investisiyalar etməyə davam edirik”, - deyə məlumatda bildirilir.
Maskın siyasi gedişləri Tesla-ya mənfi təsir edib
Amerikalı milyarder İlon Maska məxsus brend, onun keçən ilki seçkilərdə ABŞ prezidenti Donald Trampı dəstəkləməsi və daha sonra hökumətdə fəal rol alması kimi siyasi hərəkətləri səbəbindən etirazlara və boykotlara məruz qalıb.
Maskın bir vaxtlar rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) xərcləri azaltmaq üçün atdığı addımlar və minlərlə federal işçinin işdən çıxarılması ilə bağlı mübahisələrə səbəb olub.
ABŞ-ın müxtəlif yerlərində Tesla avtosalonları qarşısında nümayişlər keçirilib və etirazlar zamanı bəzi insanlar həbs edilib. Tramp Maska dəstəyini göstərmək üçün Tesla avtomobili də alıb.
Mask daha sonra "vergilərin azaldılması" qanun layihəsinin büdcə kəsirini artıracağı ilə bağlı tənqidinə görə Trampla fikir ayrılığına düşüb.
Tramp, "hökumətin təşviqi olmasaydı, Maskın dükanı bağlamalı və Cənubi Afrikaya qayıtmalı olacağını" söyləyib və Maskın şirkətlərinin aldığı subsidiyaların araşdırılması lazım olduğunu bildirib.
Tesla bu il "Möhtəşəm Yeddilik" arasında ən pis nəticə göstərən şirkət kimi diqqət çəkir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
19 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)





.jpg)






