Azərbaycan tikinti sənayesində bir ilk!
METAK şirkətinin təsisçisi Alik Kərimov: “Bu proqramın müəssisəmizin fəaliyyətinə və məhsuldarlığına verdiyi müsbət təsir artıq hiss olunur".11 iyul 2025-ci il tarixində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Sənaye 4.0 Forumu – Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq forum təşkil olunmuşdur.
Forumda dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və yerli sahibkarlar iştirak etmişlər.
Forum çərçivəsində ölkəmizdə ilk dəfə həyata keçirilən “Sənaye 4.0-a Hazırlıq Proqramı”nın pilot mərhələsi ilə bağlı təqdimatda, yerli sənaye müəssisələrində rəqəmsal transformasiyanın tətbiqi istiqamətində görülən işlər qonaqların diqqətinə çatdırılıb.
Layihənin pilot mərhələsinə seçilən sənaye müəssisələri rəqəmsal transformasiyanın tətbiqi istiqamətində beynəlxalq təcrübəyə malik “McKinsey & Company” konsaltinq şirkəti ilə əməkdaşlıq etmiş və bu əməkdaşlıq çərçivəsində hər bir müəssisə üçün yol xəritəsi hazırlanmışdır.
Pilot mərhələnin icrası üçün seçilmiş müəssisələrdən biri olan METAK şirkəti bu prosesə fəal şəkildə qoşulmuş, artıq zavodda rəqəmsal transformasiyanın tətbiqinə başlanılmışdır.
METAK-ın pilot müəssisə kimi seçilməsi təsadüfi deyil. Bu qərar, şirkətin 28 illik sənaye təcrübəsi, insan resurslarının səmərəli idarə olunması sahəsindəki uğurlu fəaliyyəti, eləcə də rəqəmsal transformasiyanın həyata keçirilməsi üçün mövcud olan ilkin texnoloji bazası nəzərə alınaraq verilib.
METAK şirkətinin təsisçisi Alik Kərimov forumdakı çıxışında: “Bu proqramın müəssisəmizin fəaliyyətinə və məhsuldarlığına verdiyi müsbət təsir artıq hiss olunur. Ölkədə bu sahədə ilk şirkətlərdən biri olmaq bizim üçün həm böyük məsuliyyət, həm də güclü motivasiyadır.”
METAK şirkəti öz fəaliyyətini həm yerli, həm də beynəlxalq səviyyədə “Made in Azerbaijan” brendi altında uğurla davam etdirir və ölkə sənayesində innovasiya yönümlü yanaşması ilə hər zaman seçilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























