Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda panellər üzrə müzakirələr aparılıb
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətin 30 iyun–1 iyul tarixində Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda iştirak etmək məqsədilə Özbəkistanın Xivə şəhərində işgüzar səfərdə olub.
Spiker Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın iştirakı ilə keçirilən forumun açılış mərasimindən sonra tədbir panel müzakirələri ilə davam edib. Müzakirələrdə Azərbaycan parlament nümayəndə heyətinin üzvləri də iştirak və çıxış ediblər.
“İqtisadi tərəqqiyə parlament dəstəyi: biznes və investisiyalar üçün yeni imkanlar” mövzusunda keçirilən ikinci panel müzakirələrinə isə Milli Məclisin deputatı Ziyad Səmədzadə moderatorluq edib. Bu sessiyada deputatlar Azər Kərimli, Azər Badamov və Tahir Mirkişili çıxış ediblər.
Ziyad Səmədzadə “Azərbaycan-Özbəkistan əməkdaşlığında yeni mərhələ: strateji tərəfdaşlıq və regional inkişaf” adlı məruzəsində dərin tarixi köklərə söykənən Azərbaycan-Özbəkistan əlaqələrindən danışıb, bildirib ki, bu əlaqələr son illər daha da inkişaf edərək Azərbaycan və Özbəkistanın iqtisadi əməkdaşlığında böyük irəliləyişə səbəb olmuşdur. Belə ki, son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artıb. Təkcə keçən il bu sahədə artım 20% olub. Hər iki dövlət qarşılıqlı ticarəti 1 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir. Əməkdaşlığın əsas sahələrinə enerji, tekstil, kənd təsərrüfatı və şəhərsalma daxildir.
Ziyad Səmədzadə qeyd edib ki, hazırda Özbəkistanın neft-qaz sənayesinin inkişafı ilə əlaqədar bu sahədə Azərbaycanın iştirakı ilə bağlı işlər aparılır. Xankəndidə Özbəkistan tərəfindən inşa edilmiş tekstil fabriki istismara verilmişdir.
Ziyad Səmədzadə eyni zamanda Özbəkistanda Azərbaycanın "Mətanət A" şirkəti tərəfidən sement zavodunun tikintisi, çoxmərtəbəli evlərin inşasını əhatə edən “Yeni Namanqan” şəhərciyinin yaradılması barədə də danışıb.
Z.Səmədzadə daha sonra türk dövlətlərinin iqtisadi inkişaf səviyyəsini əks etdirən göstəricilərdən danışaraq bildirib ki türk dövlətləri inkişaf səviyyəsindəki müxtəlifliyi ilə fərqlənir, onların tədricən aradan qaldırılması diqqət mərkəzində olacaq. Artıq 500 milyon dollar kapitalı olan Türk İnvestisiya Fondu yaradılıb, gələcəkdə onun artırılması təmin ediləcəkdir.
O, deyib: “Strateji hədəflərdən biri də ondan ibarətdir ki, türk dövlətlərinin inkişaf sürəti dünya üzrə olan müvafiq göstəricilərdən üstün olsun. Belə bir hədəfə nail olmaq türk dövlətlərinin dünya iqtisadiyyatında roluunun artması deməkdir. Həm ÜDM-də, həm də xarici iqtisadi əlaqələrdə genişlənmə və təkmilləşmə istiqamətləri müəyyən edilməlidir.
Türk dövlətləri qarşısında duran vacib məsələlərdən biri borclanma siyasətinin təkmilləşdirilməsidir. Bu məsələdə Azərbaycanın siyasəti bir nümunə kimi istifadə edilə bilər. Azərbaycanın xarici borcunun səviyyəsi dünyanın əksər ölkələrindən daha aşağıdır”.
Forum çərçivəsində Milli Məclisin deputatları özbəkistanlı həmkarları ilə də görüşüblər. Görüşdə xalqlarımızın oxşar tarixi, mədəni və mənəvi dəyərləri bölüşdüyü diqqətə çatdırılıb. Söhbət zamanı ölkəmizdə ailə institutunun qorunması istiqamətində görülən tədbirlər, bu istiqamətdə mövcud olan qanunvericilik bazası haqqında məlumat verilib. O cümlədən, dost, qardaş xalqlarımız arasında əlaqələrin genişləndirilməsi istiqamətində parlament müstəvisində atılan addımlar da təqdir olunub.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
8 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
22 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 45 d. əvvəl
- 48 d. əvvəl
-
48 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib




















