"Sizin Lombard"ın faiz gəliri və xalis mənfəəti artıb
"Sizin Lombard" brendi ilə kredit bazarında təmsil olunan "GL" ASC 2024-cü ili 3 milyon 35 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, kredit şirkəti 2023-cü ili 2 milyon 876 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "GL" ASC-nin 2024-cü ildə xalis mənfəəti 2023-cü illə müqayisədə 159 min manat və ya 5,5% artıb. Xalis mənfəətin artması faiz gəlirlərinin artmasından və ehtiyata ayırmanın azalmasından qaynaqlanıb.
Marja.az şirkətin 2024-cü il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, "GL" ASC-nin faiz gəlirləri 2023-cü ildə 16 milyon 298 min manat ikən, 2024-cü ildə 19 milyon 486 min manata yüksəlib (3 milyon 188 min manat və ya 19,6% artıb ) Şirkət ötən il 202 min manat haqq və komissiya gəlirləri əldə edib (2023-cü ildə 305 min manat).
KREDİT PORTFELİ BÖYÜYÜB
"GL" ASC-nin kredit portfeli (müştərilərə verilmiş kredirlər) 2024-cü ildə 2023-cü illə müqayisədə 6 milyon 748 min manat və ya 17% artaraq 31 dekabr 2024-cü il tarixində 46 milyon 272 min manata çatıb. 2023-cü ilin sonunda Şirkətin kredit portfeli 39 milyon 524 min manat təşkil etmişdi.
"GL" ASC 2024-cü ilin yekununda 52 milyon 924 min manat cəmi aktivlərə malik olub (2023-cü ilin sonunda 46 milyon 673 min manat).
31 dekabr 2024-cü il tarixində "GL" ASC-nin 475 nəfər işçisi olub.
Qeyd edək ki, "GL" ASC-nin nizamnamə kapitalının 100%-i Quliyev Fərman Eldar oğluna məxsus olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 30 d. əvvəl
- 31 d. əvvəl
- 34 d. əvvəl
- 35 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib







.jpg)








.jpg)



