PAŞA Kapital 2025-ci ilin ilk yarısında liderlik mövqeyini qoruyub
Artıq 15 ilə yaxındır ki, ölkənin kapital bazarlarının aparıcı investisiya şirkəti olaraq fəaliyyətini uğurla davam etdirən PAŞA Kapital, 2025-ci ilin ilk 6 ayının nəticələrinə əsasən sektor üzrə liderliyini daha da möhkəmləndirib.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, Bakı Fond Birjası tərəfindən açıqlanan hesabatda PAŞA Kapital 24 milyard 459 milyon manatdan artıq dövriyyə həcmi ilə ilk pillədə qərarlaşdığı vurğulanıb.
Eyni zamanda, Mərkəzi Bankın notları, Repo, Dövlət və Korporativ istiqrazlar bazarlarında aparılan əməliyyatların həcminə görə yerli bazarın lideri kimi fərqlənib.
Kapital bazarlarının inkişafına uğurla töhfə verməyə davam edən PAŞA Kapital İnvestisiya Şirkətinin göstəriciləri ötən ilin yanvar – iyun ayları ilə müqayisədə aşağıdakı kimidir:
• Ümumi dövriyyə həcmi üzrə 73% artım;
• Dövlət istiqrazlarının dövriyyəsi üzrə 44% artım;
• Korporativ istiqrazlarının dövriyyəsi üzrə 36% artım;
• Repo əməliyyatları üzrə ticarət həcmində 99% artım.
Həmçinin, korporativ istiqrazlar bazarında 981 milyon manat ticarət dövriyyəsi, Mərkəzi Bankın notları üzrə 456 milyon manat, Maliyyə Nazirliyinin istiqrazları üzrə 3 milyard manat və səhmlər bazarında 4.5 milyon manatdan artıq əməliyyat qeydə alınıb.
Azərbaycanın aparıcı investisiya şirkəti olan PAŞA Kapital, yerli kapital bazarlarında hüquqi və fiziki şəxslərə brokerlik, anderraytinq, portfel idarəçiliyi, maliyyə məsləhətləri və tədqiqat xidmətləri üzrə geniş spektrli həllər təqdim edir.
Əlavə olaraq, qlobal maliyyə bazarlarında aktiv ticarət imkanları ilə maraqlanan investorlar üçün PAŞA Kapital Ticarət Platforması vasitəsilə 3000-dən çox alətdən istifadə etməklə müxtəlif investisiya fürsətlərini əlçatan edir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.
® Reklam
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
18 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
-
44 d. əvvəl
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
2 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
Ən çox oxunanlar
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı



















