JCB Azərbaycanda aqrar sektordakı mövqeyini gücləndirir: Tegeta Motors Baku “DairyRally 2025”in qızıl sponsoru oldu

Böyük Britaniyanın JCB texnikasının Azərbaycandakı yeganə və rəsmi distribyutoru olan Tegeta Motors Baku, 16–20 iyun tarixlərində ölkə üzrə keçirilən və aparıcı süd təsərrüfatlarını əhatə edən “DairyRally Azərbaycan 2025” avtomobil yürüşünün qızıl sponsoru qismində çıxış edib.
Tədbirin əsas məqsədi kənd təsərrüfatı sektorunun inkişafına töhfə vermək, istehsalçılar arasında təcrübə mübadiləsini təşviq etmək, eyni zamanda aqrar sahədə müasir texnologiya və innovativ həllərin nümayiş etdirilməsidir.
JCB — güclü, etibarlı və innovativ texnologiyaları ilə tanınan dünya lideri markalardan biridir. Tikinti və kənd təsərrüfatı texnikası istehsalında qabaqcıl şirkətlərdən olan JCB, aqrar sektorda möhkəm mövqeyə malikdir və Azərbaycanda fəaliyyətini genişləndirməkdə davam edir.
“DairyRally layihəsini dəstəkləməkdən qürur duyuruq. Bu, bizim üçün JCB texnikasını real iş şəraitində nümayiş etdirmək və müştərilərimizə daha da yaxın olmaq üçün əla fürsətdir.”- Tegeta Motors Baku nümayəndələri bu barədə bildiriblər.
Avtoyürüş çərçivəsində DairyNews nümayəndələri Tegeta Motors Bakunun regional biznesin inkişafı üzrə meneceri İrakli Xaçapuridze ilə görüşüblər. O bildirib ki, şirkət kənd təsərrüfatı sahəsini fəal şəkildə inkişaf etdirir, çünki bu seqment Azərbaycan bazarında yüksək tələbat və potensiala malikdir.
“Azərbaycanda 2022-ci ildə rəsmi fəaliyyətə başladığımız gündən bu günə qədər əhəmiyyətli irəliləyişlərə nail olmuşuq. Keçən il planlaşdırılmış satış həcmini artıqlaması ilə yerinə yetirmişik. Bu il isə məqsədimiz bu göstəricini ən azı 50% artırmaqdır. Fermerlərin və aqroholdinqlərin JCB texnikasına göstərdiyi marağı nəzərə alsaq, bu tamamilə realdır,” – deyə İrakli Xaçapuridze qeyd edib.
Tegeta Motors Baku, baş ofisi Tbilisidə yerləşən Gürcüstanın Tegeta Holding şirkətinin tərkib hissəsidir. 2007-ci ildən etibarən şirkət JCB brendini Gürcüstanda təmsil edir, 2022-ci ildən isə Azərbaycanda da rəsmi fəaliyyətə başlayıb. Burada JCB-nin beynəlxalq standartlarına uyğun şəkildə inşa edilmiş rəsmi sərgi salonu fəaliyyət göstərir. Şirkət yalnız orijinal JCB texnikasının satışını deyil, həm də onun satışdan sonrakı tam xidmətini — diaqnostika, təmir, orijinal ehtiyat hissələrinin təminatı və ölkə üzrə peşəkar texniki xidmət göstərilməsini təmin edir.
DairyRally ilə əməkdaşlıq JCB brendinin Azərbaycanın kənd təsərrüfatı sahəsində mövqeyini daha da möhkəmləndirmək və yüksək keyfiyyətli Britaniya texnikasını yerli bazarda tanıtmaq istiqamətindəki strateji məqsədlərinə xidmət edir.
View this post on Instagram
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 16 saat əvvəl
-
17 saat əvvəl
"Kristal" "City Garden Narimanov"da yenidən daxili krediti aktivləşdirdi!
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB
- 19 saat əvvəl
Son Xəbərlər

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma

“PAŞA Bank” digər banklarda depozitlərini kəskin artırıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

Milyarder Cef Bezosdan 2045 proqnozu

Sabah Bakıda bal yarmarkası fəaliyyətə başlayır
Ən çox oxunanlar

Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB

Avrozonada inflyasiya hədəfin üzərinə yüksəlib

"Azəristiliktəchizat" Asiya İnkişaf Bankı ilə gələcək inkişaf strategiyası hazırlayır

BOKT 16 faizlə borc alır - HƏRRAC TARİXİ

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

Türkiyənin tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb

Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı
