"Sea Breeze"i tikən şirkət Almaniyanın xəstəxanalar şəbəkəsilə müqavilə imzaladı
Bakıda "Sea Breeze" layihəsini həyata keçirən "Agalarov Development" şirkəti Almaniyanın "Sana Hospital Group" və Sinqauprun "Don Agro" şirkətlərilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Marja xəbər verir ki, bu barədə sosial mediada iş adamı Emin Ağalarov görüntülər paylaşıb.
O qeyd edib ki, "Sea Breeze" ərazisində tibbi klaster layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
"Sana Xəstəxana Qrupu" Almaniyada 50-dən çox birinci dərəcəli xəstəxana və 25 tibb mərkəzi ilə böyük özəl səhiyyə təminatçılarından biridir. Fərdi tibbi xidmət və mükəmməl müalicə nəticələri "Sana"nı hər il dünyanın hər yerindən 2 milyondan çox xəstənin diqqət mərkəzində saxlayır.
"Don Agro" MDB-də aktivləri olan kənd təsərrüfatı şirkətləri qrupudur. Şirkətin əsas fəaliyyət sahələri bitkiçilik və heyvandarlıqdır. "Don Agro İnternational" səhiyyə sənayesinə də daxil olub və onkoloji klinikalar şəbəkəsilə xidmətlər təklif edir.
"Sea Breeze" 2006-cı ildə Emin Ağalarov tərəfindən təsis edilib və ilkin olaraq otel, restoran və kiçik çimərlikdən ibarət olub. Hazırda "Sea Breeze" müxtəlif istirahət və yaşayış variantları təklif edir.
View this post on Instagram
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib






















