Azərbaycana İsraildən gələnlərin sayı 2,5 dəfə artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 979,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, gələnlərin 24,6 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 10,7 faizi Hindistan, 8,6 faizi İran, 4,4 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Pakistan, hər birindən 2,0 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və İsrail, hər birindən 1,9 faiz olmaqla Özbəkistan və Çin, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 68,9 faizini kişilər, 31,1 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,5 dəfə (20 min nəfərə yaxın), Tacikistandan - 1,7 dəfə, Çindən - 1,5 dəfə, İordaniyadan - 44,3 faiz, Qırğızıstandan - 39,5 faiz, Yaponiyadan - 35,4 faiz, Pakistandan - 21,1 faiz, Qazaxıstandan - 20,4 faiz, Cənubi Koreyadan - 18,2 faiz, Niderlanddan - 17,7 faiz, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən - 17,5 faiz, Kanadadan - 17,0 faiz, ABŞ-dan - 16,0 faiz, İspaniyadan - 15,7 faiz, Hindistandan - 15,1 faiz, İtaliyadan - 13,2 faiz, Misirdən - 10,6 faiz artmışdır.
2024-cü ilin yanvar-may ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,9 faiz artaraq 39,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 faiz azalaraq 153,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,8 faiz azalaraq 326,7 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 10,4 faiz artaraq 460,5 min nəfər təşkil etmişdir.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,4 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2024-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 0,1 faiz azalaraq 807,6 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 27,3 faiz, Gürcüstana gedənlərin sayı 22,8 faiz artmış, Türkiyəyə gedənlərin sayı 6,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 25,3 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 36,5 faizi Türkiyəyə, 16,4 faizi Rusiya Federasiyasına, 11,0 faizi Gürcüstana, 11,0 faizi İrana, 25,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil etmişdir.
2025-ci ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,8 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 d. əvvəl
Aqrar Subsidiya Şurası 2026-cı il üçün subsidiya əmsallarını açıqlayıb
-
10 d. əvvəl
MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 16 d. əvvəl
- 23 d. əvvəl
-
26 d. əvvəl
Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatlar necə əldə olunur?
-
31 d. əvvəl
Unibank müəllimlər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
36 d. əvvəl
Bank Respublika Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır!
-
40 d. əvvəl
Avqust 2025: Qlobal və yerli bank sektorunda yadda qalan hadisələr
-
49 d. əvvəl
TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı olub
Son Xəbərlər

MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı

"Yelo Bank"da yığıncaq keçiriləcək

Rəsmi məzənnələr açıqlandı

Azercell qadınlara növbəti dəstək proqramına start verir

Avqust 2025: Qlobal və yerli bank sektorunda yadda qalan hadisələr
Ən çox oxunanlar

TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı olub

Ziraat Bank Azərbaycanda beynəlxalq köçürmələri izləmə imkanı!

BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Ötən il ixracları sıfır səviyyədə olan və tanınmayan 4 şirkət bu il ilk 10-luqda yer tutublar

Fiziki şəxslərin müddətli əmanətləri iyul ayında 1.2% artıb
