"Dolların məzənnəsi 10% artacaq"
Qlobal maliyyə bazarı ABŞ dollarının kəskin möhkəmlənməsi tendensiyası ilə üzləşə bilər. "Rambler" portal xəbər verir ki, bu proqnozla ABŞ-ın "Citigroup" maliyyə holdinqinin baş valyuta analitiki Stiven Enqlander (Stiven Englander) çıxış edib.
Onun sözlərinə görə, əgər ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 1980-ci ildən bəri ən geniş iqtisadi stimullaşdırma proqramının həyata keçirilməsinə nail olarsa, dollar qlobal valyuta bazarında güclənəcək. Qeyd edək ki, Trampın seçkiöncəsi kampaniyasında səsləndirdiyi prezident proqramında yalniz nəqliyyat infrastrukturunun inkişafına 550 mlrd. dollar investisiya qoyulacağı bildirilib.
"Bloomberg" agentliyi isə qeyd edir ki, S.Enqlanderin fikrincə, Tramp və Konqres ABŞ iqtisadiyyatının stimullaşdırılması proqramını həyata keçirə bilsə, dolların məzənnəsinin avro və yenə qarşı 10%-dən çox möhkəmlənə bilər. Nəticədə, avro dollarla müqayisədə 90 sentə düşə, Yaponiyada isə dollar 130 yenə yüksələ bilər: "Trampın proqramı Ronald Reyqan dönəmindən sonra ABŞ üçün ən böyük fiskal "şok" ola bilər".
Xatırladaq ki, D.Tramp yanvarın 20-də keçiriləcək inauqurasiyadan sonra rəsmən prezidentliyə başlayacaq.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























