Azərbaycan və Tacikistan 700 milyon dollarlıq layihələr hazırlayır
Azərbaycan və Tacikistan ötən ilin may ayında Bakıda keçirilmiş Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində imzalanmış ümumi məbləği 700 milyon ABŞ dolları olan bir sıra layihələrin texniki-iqtisadi qiymətləndirməsini aparır.
Bu barədə Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyindən məlumat verilib.
Bunların arasında Azərbaycan Sənaye Korporasiyası ilə tacikistanlı tərəfdaşları arasında qarşılıqlı ticarət həcminin artırılması, tekstil müəssisələrinin yaradılması, təmizlənmiş yağ istehsalının inkişafı, pambıq yetişdirilməsi üçün torpaqların mənimsənilməsi və pambıq toxumlarının emalı haqqında saziş; "Tacikistan Alüminium Şirkəti" (TALCO) ilə "Azəralüminium" ASC arasında anlaşma memorandumu; "Tajaqropromeksport" ilə Azərbaycan Sənaye Korporasiyası arasında razılaşmalar, həmçinin tekstil sənayesi və pambıqçılıq sahəsində təşəbbüslər var.
"Biz bu layihələrin həyata keçirilməsində Azərbaycanla fəal əməkdaşlıq edirik və onların sürətləndirilmiş şəkildə reallaşdırılmasına ümid edirik", - nazirlikdən bildiriblər.
Həmçinin Tacikistan və Azərbaycan gil torpağı və anod blokları istehsalı üzrə birgə müəssisələr yaratmağı planlaşdırırlar.
"Gil torpağı tədarükü əməkdaşlığın yeni istiqamətini təşkil edir. Bundan əlavə, biz Tacikistandan Azərbaycana anod bloklarının ixracının təşkilini prioritet hesab edirik. Tərəflər lazımi potensiala malikdirlər və yaxın vaxtlarda yeni sazişlər imzalamağı planlaşdırırlar", - qurumdan qeyd edilib.
Xatırladaq ki, 2023-cü ildə keçirilmiş Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın altıncı iclası zamanı tərəflər Azərbaycanın TALCO zavodunun modernləşdirilməsinin maliyyələşdirilməsində mümkün iştirakı barədə razılığa gəliblər. Həmçinin Tacikistandan Azərbaycana alüminium, kriolit və alüminium ftorid tədarükü, eləcə də Azərbaycandan Tacikistana gil torpağı ixracı müzakirə edilib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsi 6,54 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb. Azərbaycandan Tacikistana ixrac 6 milyon ABŞ dollarına, idxal isə 534 min ABŞ dollarına çatıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
8 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib





















