"Göyçay Şərab"ın gəliri və mənfəəti artıb - 16,5 MİLYON MANAT GƏLİR, 2 MİLYONA YAXIN MƏNFƏƏT
"Göyçay Şərab" ASC 2024-cü ili 1 milyon 939 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 1 milyon 314 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Göyçay Şərab"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 625 min manat və ya 47,6% artıb.
SATIŞDAN GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, "Göyçay Şərab" ASC-nin satışdan gəlirləri (əsas əməliyyat gəlirləri) 2023-cü ildə 12 milyon 807 min manat ikən, 2024-cü ildə 16 milyon 465 min manata yüksəlib (3 milyon 658 min manat və ya 28,5% artıb).
DÖVLƏT BÜDCƏSİNƏ DAHA ÇOX MƏNFƏƏT VERGİSİ ÖDƏYİB
"Göyçay Şərab" ASC 2024-cü ilin yekunları üzrə 485 min manat mənfəət vergisi ödəyib. Şirkət 2023-cü ildə 328 min manat mənfəət vergisi ödəmişdi.
ŞİRKƏT BÖYÜYÜB
31 Dekabr 2024-cü il tarixində "Göyçay Şərab" ASC 15 milyon 773 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 14 milyon 205 min manat cəmi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
23 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
-
55 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Ən çox oxunanlar
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)






.jpg)
