“Grand Agro” ilə FAO arasında irimiqyaslı beynəlxalq layihə davam edir
Layihənin Bakı və Abşeron yarımadası ərazisində torpaqlardan səmərəli istifadə, yaşıllıqların artırılması, bağ, meşə və parkların salınması komponentləri yüksək qiymətləndirilib.“Grand Agro” MMC ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Əməkdaşlıq Ofisi arasında rəhbər heyət səviyyəsində Nasar Hayat və Azər Aslanov iştiraki ilə görüş keçirilmişdir.
11 iyun 2025-ci il tarixində FAO-nun Bakı ofisində baş tutan görüşdə “Grand Agro” MMC-nin 2024-cü ildən qoşulduğu beynəlxalq layihənin hazırkı icra mərhələsi, görülmüş işlər və qarşıdakı dövrdə nəzərdə tutulan tədbirlərin yol xəritəsi müzakirə edilmişdir.
Artıq bir ildir ki, Qlobal Ekoloji Fondun dəstəyi ilə ölkəmizdə həyata keçirilən “Torpaq Deqradasiyası Neytrallığına Nail Olmuş Azərbaycana Doğru” layihəsi çərçivəsində davam edən əməkdaşlıq formatına uyğun keçirilən görüşdə FAO-nun ölkə ofisinin rəhbərinə “Grand Agro” MMC-nin məqsədləri, fəaliyyəti və hazırda həyata keçirdiyi işlər barədə geniş məlumat təqdim edilmişdir.
Layihənin Bakı və Abşeron yarımadası ərazisində torpaqlardan səmərəli istifadə, yaşıllıqların artırılması, bağ, meşə və parkların salınması komponentləri yüksək qiymətləndirilmiş, “Grand Agro” MMC-nin bu istiqamətdə layihəyə mühüm töhfələr verə biləcəyi vurğulanmışdır. Həmçinin, bu əməkdaşlığın yalnız layihə çərçivəsi ilə məhdudlaşmayaraq, digər sahələrdə də davam etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılmışdır.
Hər iki təşkilat, növbəti görüşün yaxın zamanda “Grand Agro” MMC-nin istehsalat və əkin sahəsində daha geniş formatda keçirilməsini dəstəkləmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















