Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!
Ölkənin ilk rəqəmsal bankı Birbank, innovasiya və sürət lideri “Bakcell”-lə əməkdaşlıq çərçivəsində ölkədə bir ilkə imza atır.
Belə ki, müştərilər “Bakcell”-in yalnız “Birinci” tarifinə aid boş SIM kartlarını əldə edərək, zərfin içərisində təqdim olunan QR kod vasitəsilə nömrəni onlayn formada, heç bir sənəd təqdim etmədən aktivləşdirə və unikal imkanlardan faydalanmaq şansı qaznırlar.
Cəmi 6.90 AZN-dən başlayan məbləğlə “Birinci” tarifinə qoşularaq sərfəli rabitə xidməti əldə etmək mümkündür. Eyni zamanda “Birinci” tarifinə qoşulan istifadəçilər üçün xüsusi üstünlüklər də təqdim olunur:
Birbank tətbiqindən istifadə üçün internet paketi bitdikdən sonra pulsuz internet;
Kommunal, TV, internet, mobil və stasionar telefon ödənişlərinə əlavə 1% keşbek;
Birbank tətbiqində QR ödənişlərinə əlavə 0.5% keşbek;
Trendyol-da 2 ədəd 10% dəyərində endirim kuponu;
Umico Premium xidmətinə pulsuz abunəlik;
Tarif parametrlərini fərdi ehtiyaclara uyğun tənzimləmə imkanı.
Qeyd edək ki, SIM kartları Kapital Bank/Birbank-ın “28 Mall”, “Gənclik Mall”, “Sahil”, “Binəqədi”, “8-ci mikrorayon”, “Yasamal” və “Sumqayıt” filiallarından, eyni zamanda Bravo supermarketlər şəbəkəsinin “Gənclik Mall”, “Koroğlu”, “20 Yanvar” və “Əhmədli” filiallarından əldə etmək mümkündür. Kartlar sözügedən filiallarda quraşdırılmış xüsusi stendlər vasitəsilə təqdim olunur. İstifadəçilər stend və ya SIM paketinin içərisindəki QR kodu Birbank tətbiqi ilə skan edərək nömrəni tam rəqəmsal və sürətli şəkildə aktivləşdirə, daha sonra “Birinci” tarif paketindən faydalana bilərlər.
Ətraflı məlumat üçün: http://b-b.az/btpr
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 18 saat əvvəl
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















