Göygöl Şərab Zavodu illik maliyyə hesabatını açıqladı
Ötən il Göygöl Şərab Zavodunun ümumi gəlirləri 24 faiz artaraq 20 milyon 956 min manat təşkil edib.
Ölkənin ən böyük və ən qədim spirtli içki istehsalçılarından olan "Göygöl Şərab Zavodu" ASC-nin 2024-cü ilin sonuna olan maliyyə hesabatı açıqlanmışdır.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, hesabatlılıq dövrü ərzində istehsalatın genişləndirməsi və satış həcminin artması nəticəsində müəssisənin gəlirləri artmış və maliyyə nəticələrində mühüm irəliləyiş əldə olunmuşdur.
31 dekabr 2024-cü il tarixinə Göygöl Şərab Zavodu ASC-nin cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə artaraq 66.3 mln manatdan 72.1 mln manata çatmışdır. Hesabatlılıq dövrünün sonuna zavodun cəmi kapitalı 41 milyon 110 min manat təşkil etmişdir.
2024-cü ilin sonuna müəssisənin ümumi gəlirləri 20 milyon 956 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin anoloji dövrünün sonu ilə müqayisədə 24% çoxdur.
2024-cü ilin sonuna olan hesabatda 588,803 AZN zərər qeydə alınsa da, bu göstərici 2023-cü illə müqayisədə 58,1% azalıb və xərclərin optimallaşdırılması və effektivliyin artmasının nəticəsi kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun təqdim etdiyi “Xan 1860”, “Göygöl”, “Karabakh” markaları və digər araq, şərab, konyak və sampan məhsulları müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.
2024-cü il ərzində müəssisə həm yerli, həm də beynəlxalq bazarlarda mövqeyini daha da möhkəmləndirmiş, tərəfdaş şəbəkəsini genişləndirərək yeni bazarlara çıxış əldə etmişdir. İl ərzində məhsul çeşidi artırılmış, bazara alıcıların fərqli zövqlərinə uyğun yeni və orijinal məhsullar təqdim olunmuşdur.
Ötən ilin sentyabr ayında baş tutan mühüm əməkdaşlıqlardan biri qlobal ödəniş texnologiyaları lideri olan “Mastercard” şirkəti ilə reallaşdırılmış beynəlxalq tərəfdaşlıq oldu. Belə ki, Göygöl Şərab Zavodu “Priceless” proqramının Azərbaycandakı ilk rəsmi tərəfdaşı kimi seçilmişdir. Bu mühüm əməkdaşlıq, Göygöl Şərab Zavodunun zəngin irsini beynəlxalq platformada daha da gücləndirərək, ölkəmizin şərabçılıq sənayesini qlobal səviyyədə tanıtmaq baxımından mühüm layihə sayılır. Əməkdaşlıq çərçivəsində Mastercard istifadəçiləri zavodda təşkil olunan eksklüziv tədbirlər, xüsusi dequstasiyalar və fərdi şərab turlarında iştirak imkanı əldə edərək unudulmaz təcrübələr yaşayır, ölkənin ən qədim şərabçılıq irsini yerində hiss etmək və yaşamaq imkanı əldə edirlər.
Həmçinin, 2024-cü ildə ölkəmizdə keçirilmiş Formula-1 yarışması ərəfəsində Göygöl Şərab Zavodu Britaniya Səfirliyi və Britaniya-Azərbaycan Ticarət Palatasının (BCCA) təşkilatçılığı ilə “Aston Martin Welcome Party” tədbirində tərəfdaş qismində iştirak etmişdir.
Qeyd edək ki, Göygöl Şərab Zavodunda çalışan şərab üzrə italyan mütəxəssislər müntəzəm olaraq üzüm bağlarını və istehsal olunan məhsulları diqqətlə monitorinq edir, üzümlüklərin inkişafını, onlara göstərilən qulluq prosesini izləyərək şərab istehsalının hər mərhələsində iştirak edirlər.
Zavodun zəngin tarixi və mədəni irsi, həmçinin, zavod ərazisində təşkil olunan turlar, proqram və mədəni tədbirlər, həm yerli, həm də xarici turistlərin marağını cəlb etməklə ümumlikdə regionun iqtisadi və turizm potensialına töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 d. əvvəl
- 13 d. əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 20 d. əvvəl
- 29 d. əvvəl
-
35 d. əvvəl
Dövlət Vergi Xidməti planı 592,1 milyon manat artıqlaması ilə yerinə yetirib
- 36 d. əvvəl
-
1 saat əvvəl
Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB
-
1 saat əvvəl
İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

SOCAR Çin şirkətilə saziş imzalayıb

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Dövlət Gömrük Komitəsi büdcə planına tam əməl edə bilməyib

Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB

Oktyabrda Azərbaycanda rəsmi fəaliyyətə başlayır

Azərbaycan bankına əlavə kapital yatırılır
Ən çox oxunanlar

İdarə üçün Xankəndidə yeni bina tikiləcək

Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Məktəbli formalarının satıldığı ünvanlar açıqlandı - SİYAHI

Azərbaycan neftinin son qiyməti
