FED-in faiz artımı gözləntiləri Dolları bahalaşdırır
FED-in faiz artımı gözləntiləri fonunda EUR/USD və GBP/USD məzənnələri də yenidən ucuzlaşır. Almaniya, İsveçrə, Britaniya və Avrozonadan açıqlanacaq önəmli statistik göstəricilər isə bu gün investorların diqqət mərkəzində olacaqdır.
Dünya birjalarında dolların qiyməti yenidən bahalaşmağa başlayıb. Maliyyə bazarlarında Amerika Mərkəzi Bankının cari il ərzində faiz artıracağı gözləntiləri dollara olan tələbatı yenidən artırıb.
EUR/USD məzənnəsi keçən həftə 1.0620$-a kimi bahalaşdıqdan sonra 1.0521$-a kimi ucuzlaşıb.
Azərbaycanın investisiya şirkəti “İnvestAZ” bildirir ki, məzənnə 1.0480$-a kimi də ucuzlaşarsa, 1.0420 və 1.0340$-a kimi də ucuzlaşa bilər. GBP/USD məzənnəsi də artıq yenidən 1.2238$-a kimi ucuzlaşıb və 1.2114$-a kimi də ucuzlaşa bilər.
Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 11:00, 12:15, 12:30 və 14:00-da müvafiq olaraq Almaniya və Türkiyənin sənaye istehsalı həcmi, İsveçrənin pərakəndə satış dövriyyəsi, Böyük Britaniyada mənzil qiymət indeksi və Avrozonanın işsizlik səviyyəsinin açıqlanması investorların diqqət mərkəzində olacaqdır.
© İnvestAZ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
7 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
8 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
8 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 9 saat əvvəl
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























