Azərbaycanın iri topdansatış şirkəti 2 ildir zərərdən xilas ola bilmir

Gübrə, toxum və aqrokimyəvi məhsulların topdan satışı ilə məşğul olan "Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC 2024-cü ili 1 milyon 761 min manat xalis zərər ilə başa vurub. Şirkət 2023-cü ili 1 milyon 820 min manat xalis zərər ilə bağlamışdı. 2023 və 2024-cü illərdə "Aqrar İnnovasiya və Təchizat Şirkəti"nin cəmi zərəri 3 milyon 581 min manatdır.
Marja.az xəbər verir ki, "Aqrar İnnovasiya və Təchizat Şirkəti"nin əsas əməliyyat gəlirləri (satışdan gəlirləri) 2023-cü ildə 35 milyon 956 min manat ikən, 2024-cü ildə 37 milyon 415 min manat təşkil edib (1 milyon 459 min manat və ya 4% artıb). Satışın maya dəyəri isə 1 milyon 308 min manat və ya 4,5% artaraq 30 milyon 613 min manat olub.
Ötən il "Aqrar İnnovasiya və Təchizat Şirkəti" digər fəaliyyət gəlirləri 115 min manat azalaraq 130 min manata düşüb (2023-cü ildə 245 min manat olmuşdu).
2024-cü ildə Şirkətin 37 milyon 545 min manat cəmi gəlirlərəinə qarşı, cəmi xərcləri 39 milyon 306 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən "Aqrar İnnovasiya və Təchizat Şirkəti" zərər ilə fəaliyyət göstərib.
"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC-nin nizamnamə kapitalının 100%-i Məcidova Afaq Hüseyin qızına məxsusdur.
Xatırladaq ki, "Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC 2022-ci ili 1 milyon 428 min manat xalis mənfəət ilə başa vurmuşdu. Şirkətin xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 1 milyon 22 min manat və ya 41,7% azalmışdı. Şirkət 2021-ci ili 2 milyon 450 min manat xalis mənfəət ilə bağlamışdı. 2020-ci ildə isə "Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin xalis mənfəəti 3 milyon 439 min manat olmuşdu.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 35 d. əvvəl
-
- 52 d. əvvəl
-
1 saat əvvəl
“Fresco SS” şirkəti 3 şirkətin ona qoşulması yolu ilə yenidən təşkil edilib
-
1 saat əvvəl
Azərbaycandan Rusiyaya pomidor ixracı son iki ayda minimum səviyyəyə düşüb
-
1 saat əvvəl
Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb
-
1 saat əvvəl
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
Ən çox oxunanlar

Naxçıvanda 107 istehsal müəssisəsi yaradılıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycanda 5 bankın aktivləri 2 milyard manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
