Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Araz Vadisi İqtisadi Zonası”nda yeni şirkət - boya fırçası və boya rulosu istehsal ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Araz Vadisi İqtisadi Zonası”nda yeni şirkət -  boya fırçası və boya rulosu istehsal ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Desen MM” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentliyi statusu verilib. 

Yeni qeydiyyata alınan rezident tərəfindən sənaye parkının ərazisində boya fırçası və boya rulosu istehsal ediləcək.

Layihənin investisiya dəyəri 1,9 milyon manat təşkil edir.

Türkiyə və Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazara satışı ilə yanaşı, ixracı da həyata keçiriləcək.

Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda 17 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.

 

Desen MM boya fırçası boya rulosu
05.06.2025 12:17
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18