AYNA: Elektrik avtomobillərinin infrastrukturunun inkişafı üçün yol xəritəsi hazırlanıb
lektrik avtomobillərinin ölkəyə gətirilməsi üçün tətbiq olunan vergi güzəştinin vaxtı 2026-cı ilin yanvar ayında başa çatır. Lakin karbon emissiyasının azaldılması üçün müvafiq təkliflər hazırlanıb hökumətə təqdim olunacaq. Elektrik avtomobillərinin infrastrukturunun inkişafı üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yol xəritəsi hazırlayıb və həyata keçirir.
Bu sözləri Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində təşkil olunan “Azərbaycanda elektrik avtomobilləri üçün infrastrukturun inkişafı” panel müzakirəsində AYNA-nın Dövlət proqramlarının idarə edilməsi şöbəsinin müdiri Vüsal Abbasov deyib.
O bildirib ki, elektromobillərin təşviqi üçün AYNA bir sıra tədbirlər həyata keçirir və infrastruktur layihələrinin reallaşması istiqamətində işlər aparır.
V. Abbasov nəzərə çatdırıb ki, “AzərEnerji” tərəfindən regionlarda elektromobillər üçün elektrik doldurma məntəqələrinin sayı artırılır: “Dövlət elektrik doldurma cihazlarının idxalı üçün çox güzəştli vergilər tətbiq edir. Onların ehtiyat hissələri isə vergidən azad edilib. Bu tədbirlərin məqsədi ondan ibarətdir ki, elektromobil istifadəçiləri regionlara sərbəst səyahət edə bilsinlər”
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)









