ABB-nin dəstəyi ilə uşaqlar üçün iqtisadiyyat kitabı təqdim edildi ®
ABB uşaqların erkən yaşlardan iqtisadiyyat sahəsində bilik və bacarıqlara yiyələnməsi məqsədilə daha bir layihəni uğurla həyata keçirib. Bank polyak yazıçı Qjeqoj Kasdepkenin bu sahədə məşhur kitabını Azərbaycan dilində nəşr etdirib. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində kitabın təqdimatı olub.
“Pul kisəsi və orada yaşayan qəribə məxluqlar” adlı bu kitab körpə yaşlı uşaqların iqtisadi anlayışları rahatlıqla mənimsəyə bilmələri üçün misilsiz vəsaitdir. Əsər iqtisadiyyat haqqında bir-birini tamamlayan 51 hekayədən ibarətdir. Burada iqtisadi terminlərin başına gələn əhvalatlar nağıl dilində nəql edilir, bu yolla həmin sözlərin mahiyyəti asanlıqla öyrədilir və yadda qalır. Balaca oxucular kitabda investisiya, büdcə, qazanc, ödəniş kartı, debit, kredit, taksit, marja, ÜDM və s. bu kimi anlayışların izahı ilə ətraflı tanış ola bilərlər. Kitab uşaq kitabxanalarına hədiyyə ediləcək.
Q.Kasdepkenin bu kitabı ilk dəfə 2015-ci ildə Polşada nəşr olunub və müxtəlif dillərə tərcümə edilib. 10 ildir ki, dünyanın ayrı-ayrı ölkələrində uşaqlar bu kitabı böyük maraqla oxuyurlar.
ABB kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri layihəsini “Teas Press” Nəşriyyyat Evi ilə tərəfdaşlıq əsasında həyata keçirib.
Xatırladaq ki, ABB bu yaxınlarda Alfa nəslinin təmsilçiləri olan uşaqlar üçün Alpha Card məhsulunu da bazara təqdim edib. Bu debet kart valieynlərin nəzarəti altında uşaqların maliyyə xidmətləri ilə bağlı ehtiyaclarının təmin olunması üçündür. Alpha Card tam rəqəmsaldır, onun sifarişi və əldə olunması da əvvəldən sona tam rəqəmsal təcrübə ilədir. Valideynlər 7 yaşdan 17 yaşa qədər övladları üçün Alpha Card-ı ABB mobile tətbiqindən sifariş verə bilərlər.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
! Reklam hüququ əsasında.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
7 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib






















