PAŞA Kapital ölkənin irimiqyaslı “Maliyyə İnvestisiya Forumu”nun sponsoru oldu ®

Azərbaycanın qabaqcıl investisiya şirkəti olan PAŞA Kapital 23 may 2025-ci il tarixində yerli maliyyə sektorunun inkişafına mühüm töhfə verən “Maliyyə İnvestisiya Forumu”nun təşkilinə sponsor olaraq dəstək göstərib.
Forum, “İnvestor olmaq asandır” şüarı ilə Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) və “Facemark” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Kapital bazarlarının institusional inkişafı, investorlar üçün əlverişli mühitin formalaşdırılması, alternativ maliyyələşmə alətlərinə dair məlumatlılığın artırılması və digər mühüm mövzulara həsr olunmuş forumda “İnvestisiyanın gücü və yeni trendlər”, “Uğurlu investisiya qərarları” adlı iki panel müzakirələri təşkil edildi.
"İnvestisiyanın gücü və yeni trendlər" mövzusunda keçirilən ilk paneldə spiker kimi iştirak edən PAŞA Kapital İnvestisiya Şirkətinin direktoru Ceyhun Hacıyev texnoloji innovasiyalar və yeni maliyyə alətlərinin bazara inteqrasiyasının önəmini vurğulayıb.
20 ilə yaxın zəngin təcrübəsini forum iştirakçıları ilə paylaşan Ceyhun Hacıyev, investisiya proseslərinin rəqəmsallaşdırılması və texnoloji platformaların istifadəsinin investorlara vaxt və əlçatanlıq baxımından fayda verdiyini qeyd edib, və əlavə edib: "Şirkətimiz rəqəmsallaşma dövrünün tələblərinə çevik şəkildə uyğunlaşır, investorların ehtiyacına əsasən PAŞA Kapital ticarət platformasını davamlı olaraq təkmilləşdirir. Məhz bunun nəticəsidir ki, ticarət platformamız bu gün peşəkar treyderlər üçün sadə interfeysli, etibarlı və geniş funksional imkanlara malikdir."
Forumun sonunda keçirilən stimullaşdırıcı lotoreya çərçivəsində, 3 tədbir iştirakçısı təsadüfi seçim əsasında PAŞA Kapital-dan hədiyyə olaraq “Glensol” istiqrazlarına sahib olub.
Maliyyə İnvestisiya Forumu yalnız müzakirə və bilik mübadiləsi platforması kimi deyil, eyni zamanda bazar iştirakçıları arasında strateji tərəfdaşlıqların qurulmasına və ölkənin investisiya ekosisteminin gücləndirilməsinə yönəlmiş funksional və perspektivli bir təşəbbüs kimi dəyər qatıb.
PAŞA Kapital İnvestisiya Şirkəti haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 48 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Fresco SS” şirkəti 3 şirkətin ona qoşulması yolu ilə yenidən təşkil edilib
-
1 saat əvvəl
Azərbaycandan Rusiyaya pomidor ixracı son iki ayda minimum səviyyəyə düşüb
-
1 saat əvvəl
Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb
-
1 saat əvvəl
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
Ən çox oxunanlar

Naxçıvanda 107 istehsal müəssisəsi yaradılıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycanda 5 bankın aktivləri 2 milyard manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
